Keçid linkləri

Təcili xəbərlər
2022, 18 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:10

İBM və «The Economist» elektron hazırlıq səviyyəsinə görə Azərbaycanı ən geridə hesab edir


Dünyada «rəqəmsal uçurum» (dünya ölkələri arasında informasiya texnologiyalarının yayılması səviyyəsində fərqlər) azalmaqdadır, ancaq inkişaf səviyyəsinə görə, Danimarkayla Azərbaycan arasındakı məsafə çox böyükdür.


İBM kompyuter şirkəti və «The Economist» dərgisinin apardığı araşdırmada bildirilir ki, dünyada «rəqəmsal uçurum» azalmaqdadır. Bu da getdikcə müxtəlif ölkələrdə yaşayan insanların kompyuter və mobil telefonlar vasitəsilə on-line ünsiyyət yaratmaq imkanlarının artmasıyla bağlıdır.


Ancaq buna baxmayaraq, internet resurslarının ən çox inkişaf etdiyi Danimarkayla elektron hazırlıq baxımından ən zəif ölkə olan Azərbaycan arasında fərq böyükdür - 9 və 2.9. Ən yüksək qiymət 10-dur.


Bu araşdırmada Danimarka internetin imkanlarından ən çox istifadə edən ölkə hesab olunub.


XS
SM
MD
LG