Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 18:40

Ümumdünya Səhiyyə Təşkilatı Salyanda «quş qripi» ocağını axtarır<p align=`left`><br><br>


Səs: Real audio
«Arxayınçılığa əsas yoxdur» Son on gündə Salyanda "quş qripi"nə yoluxmaqda şübhəli yeni xəstə olmasa da, rayondakı mütəxəssislərlə görüşən Ümumdünya Səhiyyə Təşkilatı [ÜST] əməkdaşları bildiriblər ki, arxayınçılığa əsas yoxdur. Çünki ocaq istənilən an qızışa bilər.



Bu haqda Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov məlumat verdi. Onun sözlərinə görə, ÜST-nin əməkdaşları "quş qripi"nə yoluxmaqda şübhəli bilinən şəxslərin yaşadıqları Dayıkənddə olaraq xəstəliyin mənbəyini müəyyənləşdirməyə çalışıblar. Amma baş həkim deyir ki, xarici mütəxəssislər hələlik onlara hər hansı məlumat vermirlər. ÜST-nin mütəxəssisləri "quş qripi"nə yoluxmaqda şübhəli bilinən Ruhəngiz və Gülgəz Rüstəmovaların yaşadıqları Marışlı kəndinə də baş çəkməyi planlaşdırırlar.



ÜST-nin sözçüsü Kristiana Salvi isə hazırda Salyanda görüşlər keçirdiklərini və xəstəliyin mənbəyinin müəyyənləşdirilməsi ilə bağlı yalnız martın 20-də açıqlama verə biləcəyini söylədi.



Azərbaycanda "quş qripi" fevralın 9-da tapılıb. İnsanda "quş qripi"nin olub-olmaması ÜST-nin London laboratoriyasındakı təkrar müayinələrdən sonra məlum olacaq. Azərbaycandakı ilkin laborator müayinələr üç insanın virusa yoluxduğunu təsdiqləyib. London laboratoriyasının cavabları növbəti həftənin əvvəllərində verilməlidir.
XS
SM
MD
LG