Səs: Real audio
İlham Əliyev diaspora üzvlərini yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa, siyasi partiyalarda iştirak etməyə, qanunvericilik orqanlarında təmsil olunmağa çağırıb Martın 16-dan Azərbaycan Milli Bankı 10 və 20 manatlıq yeni əskinasları dövriyyəyə buraxıb.
«Turan» İnformasiya Agentliyinin məlumatına görə, 10 manatlıq pul nişanlarındakı təsvirlər Azərbaycanın qədim dövlətçiliyi mövzusuna həsr olunub. Əskinasın üz tərəfində qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalasının fonu, əks tərəfində isə, Azərbaycan xalçaları və ölkənin Avropaya inteqrasiyasının xəritəsi əks olunub.
20 manatlıq əskinaslar Qarabağ mövzusuna həsr olunub və ölkənin ərazi bütövlüyünü simvollaşdırır. Pulun üz tərəfində qılınc, dəbilqə, qalxan və sülh simvolu - Xarı bülbül gülü, əks tərəfində isə milli naxışlar əks olunub.
Pul nişanlarının dörd səviyyəli təhlükəsizlik sistemi İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Əskinaslar 30 təhlükəsizlik elementi ilə təmin olunub.
50 və 100 manat nominallı əskinaslar apreldə dövriyyəyə buraxılacaq.