Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

Dörd şəhərdə Korrupsiyaya qarşı Mübarizə Mərkəzi yaradılacaq


Səs: Real audio
Sahibkarların 53 faizi hesab edir ki, iqtisadiyyatın inkişafına korrupsiya, 27 faizi isə düşünür ki, inhisarçılıq mane olur Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkənin dörd böyük şəhərində - Bakıda, Gəncədə, Mingəçevirdə və Əli-Bayramlıda Korrupsiyaya qarşı Mübarizə Mərkəzi yaradacaq. Bu barədə Gəncənin işadamlarıyla görüşündə konfederasiyanın prezidenti Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, mərkəzdə sahibkarlığın üzləşdiyi korrupsiya faktları toplanib Korrupsiyaya Qarşı Mübarizə üzrə Dovlət Komissiyasına, cinayət tərkibi olduqda isə, Respublika Prokurorluguna göndəriləcək və mediaya açıqlanacaq.



Cənab Məmmədov deyir ki, onlar Avrasiya Fondunun maliyyə dəstəyilə müxtəlif şəhərlərdə 150 sahibkar arasında apardıqları sorgu zamanı sahibkarlıgın inkişafına mane olan amilləri müəyyənləşdiriblər. Belə ki, sahibkarların 53 faizi hesab edir ki, iqtisadiyyatın inkişafına korrupsiya, 27 faizi isə düşünür ki, inhisarçılıq mane olur. Gömrük, Vergi, Dövlət Əmlak Komitəsi və məhkəmə orqanları sahibkarlıga maneə yaradan strukturlar kimi respondentlərin diqqətini cəlb edib.
XS
SM
MD
LG