Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:09

Dayıkənd və Sarvan kəndləri «quş qripi» təlaşındadırlar


Səs: Real audio
Məlumatı «Quş qripi» Xəstəliyinin Qarşısının Alınması üzrə Dövlət Komissiyası yayıb Salyanın iki kəndindən – Dayıkənddən və Sarvandan olan 3 nəfərdə "quş qripi" tapılandan sonra müxbirimiz Kəbiran Dilavərli Salyanda olub



Salyan rayonundan üç nəfərin «quş qripi»nə yoluxması ehtimalları səslənəndən rayon əhalisi arasında narahatlıq artıb. Dövlət Baytarlıq Xidməti rayonda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Rayon xəstəxanasının baş həkimi İbrahim Cəfərov deyir ki, vəfat edənlər rayonun Dayıkənd və Sarvan kəndlərindən olduğundan, həmin kəndlər də daxil olmaqla rayonun bütün kəndlərinin sakinləri nəzarətə götürülüb.



Bu kəndlərin özündə isə əhali çox narahatdır. Dayıkənd kəndinin girəcəyinə dezinfeksiya maddəsi ilə dolu çən qoyulmuşdu. Maşın yoluna isə dezinfeksiya məhlulları vurulmuş saman döşənmişdi. Baytar həkimi Sədi Babayev deyir ki, kəndin-giriş çıxış yolu əsas olduğundan, bura xüsusi diqqət yetirilir:



«Maşınlar dezinfeksiya edilir, bir dəfə evlərdə də əsas hissələrdə dezinfeksiya işləri aparıldı, hər şey bizim nəzarətimiz altındadır. Kənddə toyuq-cücə ölürsə, basdırırıq, hələ toyuqların kütləvi məhvi haqqında tapşırıq verilməyib».



Dayıkənd sakinləri isə deyirlər ki, burdakı nə toyuq-cücəyə, nə də adamlara baxan var: «Heç kim gəlmir, nə toyuğa baxırlar, nə bizə. Nə karantin?...».



Bu kənddə sakinlərin çoxu indi də toyuq-cücə saxlayır. Onların sözlərinə görə baytarlıq xidməti ev quşları ilə maraqlanmır: «Özümüz deməsək, heç kim gəlib maraqlanmır. Bir həkim gəlib maraqlanmır, qan götürmür... ».



Qonşu Sarvan kəndinin girişinə də dezinfeksiya maddələri vurulmuş saman döşənib. Baytarıq Xidmətinin əməkdaşı Zakir Əliyev deyir ki, dezinfeksiya məntəqəsi deyilən yer elə buradır: «Bu, dezbaryerdir. Gedib-gələn maşınlar bununla dezinfeksiya edilir. Tədbir budur».



Soruşanda ki, bəs adamlar necə dezinfeksiya olunur, cavabı bu oldu: «Adamlar da elə hələlik burdan gəlib-gedirlər, burdan keçməlidirlər».



Sarvan kəndində də vəziyyət Dayıkəndə olduğu kimidir. Kənd sakinlərinin bir hissəsi deyir ki, onlar hökumətdən kompensasiya gözləyirlər deyə, həyətdəki toyuq-cücələrini məhv etmək istəmirlər: «Toyuqlar hamısı həyətdədir. Dövlət desin ki, kəs sənə kompensasiya verəcəyəm, kəsib aparsın. Bu kəndin camaatı toyuq-cücəylə dolanıb, bu gün sabah yumurta çox olan vaxtıdır. Ancaq satış da yoxdur, qalmışıq belə».



Ancaq həyətindəki toyuq-cücənin məhv edilməsinə razı olanlar da çoxdur: «Neyləyirik onları, xəstəlik mənbəyidirsə, gəlsinlər hamısını aparsınlar. Heç kim maraqlanmır, toyuqlar həyətdə ölürlər, yalvarırıq gəlmirlər. Heç özümüzə də baxan yoxdur».



"Quş qripi" xəstəliyinin qorxusundan burda uşaqların da məktəbə davamiyyəti azalıb. Valideynlər ehtiyatlanırlar: «Neçə gündür uşaqları məktəbə qoymuruq, qorxuruq».



Baytar həkimi Mahmud Babayev deyir ki, kənddə hələ karantin elan olunmadığından, quşları kütləvi qıra bilmirlər. Baytar həkimləri dövlət komissiyasının göstərişini gözləyirlər.



Hər iki kəndin həkimi Tahir Qəhrəmanov deyir ki, bu kənddə əhalinin bugünkü vəziyyəti normaldır, yüksək temperaturla xəstələr qeydə alınmayıb. Həkim karantin elan olunarsa, təhlükəsizlik tədbirlərinin daha güclü olacağına inanır.



"Quş qripi" virusundan vəfat edən Salyan sakinlərinin ölümünün səbəbləri isə bu gün də aydın deyil. Rayon xəstəxanasının baş həkimi İbrahim Cəfərov mərhumların quş əti ilə qidalanması ehtimalının çox olduğunu deyir: «Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi də bir araşdırma aparır. Daha çox bu ehtimal üzərind
XS
SM
MD
LG