Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:10

«Quş qripi»nə yoluxmaqda şübhəli bilinənlərin analizləri Londona göndərilib<p align=`left`><br><br>


Səs: Real audio
Ümümdünya Səhiyyə Təşkilatının «quş qripi» üzrə mütəxəssisləri Azərbaycana gəlir Səhiyyə Nazirliyindən (SN) bildirirlər ki, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən şəxslərin analizləri martın 15-də Londona yola salınsa da, yalnız bir gün sonra laboratoriyada olacaq. Amma laboratoriyanın təkrar müayinənin nəticələrini nə vaxt açıqlayacağı bəlli deyil.



SN-in Mətbuat Xidmətinin əməkdaşı Səmayə Məmmədovanın verdiyi məlumata görə, sözügedən virusa yoluxduğu ehtimal olunan iki xəstənin vəziyyəti isə düzəlmək üzrədir. Buna görə də onların analizlərinin Londona göndərilməsinə ehtiyac görməyiblər.



Martın 13-də Ümümdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Azərbaycanda quraşdırdıqları laboratoriyada aparılan müayinə zamanı üç nəfərdə H5N1 virusunun olduğunu, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən altı nəfər Salyan rayon sakinində isə virusun tapılmadığını bildirmişdilər. Səhiyyə Nazirliyindənsə, bəyan edirlər ki, Ümümdünya Səhiyyə Təşkilatının normalarına görə, «quş qripi»nə yoluxma qurumun Londondakı laboratoriyasındakı təkrar müayinədən sonra təsdiqlənmiş sayıla bilər.



Bununla belə, ilkin müayinənin nəticəsinə görə, bu virusa yoluxudğu təsdiqlənən Tərtərin Bəyəmsavad kənd sakini Xəyalə Musayevanın ölümündən sonra orada təhlükəsizlik tədbirləri görülməyə, dezinfeksiya baryerləri qurulmağa başlanılıb.



Martın 15-də həmçinin Ümümdünya Səhiyyə Təşkilatının «quş qripi» üzrə mütəxəssisləri Simon Mardell, Karalina Braun və qurumun mətbuat katibi Kristiana Sallivi Azərbaycana gəlir. Onlar martın sonlarına kimi burda olacaq və yerli mütəxəssislərə treninqlər keçəcəklər.



Azərbaycanda «quş qripi» virusunun olması bu il fevralın 9-da təsdiqlənib.
XS
SM
MD
LG