Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:35

Azərbaycana quş əti gətirilməsinə qadağa qoyulub


Səs: Real audio
Qadağa «quş qripi» ilə bağlı vəziyyət düzələnə qədər qüvvədə olacaq Azərbaycan ABŞ, Braziliya və bir sıra digər ölkələrdən də quş əti gətirilməsinə müvəqqəti qadağa qoyub. Bu barədə «Azadlıq» radiosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov bildirib. Cənab Həsənov deyib ki, həmin ölkələrdə «quş qripi» tapılmayıb, amma yerli bazar satılmayan quş əti ilə dolu olduğundan bütün ölkələrdən idxala qadağa qoyulub. Onun verdiyi məlumata görə, sonuncu dəfə – bir neçə gün əvvəl ABŞ və Braziliyadan 300 ton quş əti idxal olunub.



Əvvəllər bu qadağa yalnız «quş qripi» tapılan Cənub-Şərqi Asiya ölkələrinə, eləcə də Rusiya, Türkiyə, Rumıniya və İrana şamil edilirdi. Qadağa «quş qripi» ilə bağlı vəziyyət düzələnə qədər qüvvədə olacaq.
XS
SM
MD
LG