Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:48

Qonağımız Ağabəy Sultanovdur


Səs: Real audio
Gəncədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması qərara alınıb Bu dəfəki həmsöhbətimizi təkcə respublikanın tanınmış adamı adlandırmaq bəlkə də ədalətsizlik olardı. Çünki o, həm də cəmiyyətin sosial, siyasi, dini, irqi, cinsi mənsubiyyətindən asılı olmayaraq bütün üzvlərinə gərək olmağı bacarır. Elə buna görə də çətinə düşənlər, əli hər yerdən üzülənlər daha çox ona pənah gətirir. Hətta küçədə gedərkən belə tanımadığı adamlar yaxınlaşır, məsləhət istəyirlər. Bacardığı qədər öz köməyini əsirgəmir. Beləliklə, respublikanın baş psixiatrı Ağabəy Sultanov



- Ağabəy müəllim, Sizə çoxlu adamlar müraciət edir. Hansı təbəqəyə aid olan adamlardır?



Ağabəy Sultanov- Bütün təbəqələrdən bizə müraciət edirlər. Psixiatriyadan danışanda, nədənsə elə bilirlər ki, psixiatrlar yalnız psixi xəstələrə baxırlar. O, düz deyil. Bu gün psixiatr psixiatriya xəstəxanasının çərçivəsindən çıxıb. Cürbəcür ailə düyünləri, atasız böyüyən uşaqların psixologiyası, narkomaniya, fahişəlik, seksual azlıqlar – bunlar hamısı psixiatrın kompetensiyasındadır. Ancaq bu günləri psixi xəstəliklərin yox, nevrozların sayı artıb. Bilirsiniz, insanların bir-birinə münasibəti çox qəlizləşib. Azərbaycanlılar çox xeyirxah, qohumsevər, dostsevər bir millətdir. Ancaq əfsuslar olsun ki, axır illər bu cəhətlər elə bil bir qədər sönüb. Bəlkə də bu, urbanizasiyadır. Televiziya və video bizi kinoteatrlara az göndərir, soyuducu var deyə, mağazaya həftədə bir dəfə gedirik, danışanda telefonla danışırıq. Qonaq da gedəndə, bəzən deyirik ki, yaxşı kasetim var, istəyirsən baxmaq? Bu, bizim üçün xas olmayan şeydir. Biz həmişə bir fincan çayla oturub söhbət edərik. Xalqımızın yaxşı bir sözü var: danış, ürəyini aç, boşalt, yüngülləş. Bunu bu gün etmək çox çətin olub...



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG