Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06
Rubrikalar

«Füyuzat» və mədəniyyət


Səs: Real audio
Gəncədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması qərara alınıb Bu "İz"də:



- «Füyuzat» dərgisi və mədəniyyət mövzusunun izinə düşəcək;



- «Molla Nəsrəddin» satirik dərgisinin 100 illiyi qarşısında Mirzə Cəlilin ev muzeyinə baş çəkəcək;



- «Mentalitet dolması»nda yazın gəlişini alqışlayacaq;



- və hər dəfə filologiya doktoru Ofeliya Bayramovanın açıqlamalarını eşidəcəksiniz



«FÜYUZAT» DƏRGİSİNİN MATERİALLARI AYRICA KİTAB ŞƏKLİNDƏ ÇAPDAN ÇIXIB



Ötən il 100 yaşı qeyd olunmuş «Füyuzat» dərgisi Azərbaycan mətbuatı tarixində önəmli yerlərdən birini tutur. İctimai-siyasi və ədəbi-bədii tematikaya ardıcıl yer ayıran bu nəşr 20-ci əsr Azərbaycanında liberal baxışların yayılmasında misilsiz rol oynayıb.



Aparıcı: – Ofeliya xanım, deyək ki, «Füyuzat» adlı dərgi heç çıxmayıb. Öyünmək-sevinmək üçün nəsə itirərdik, mədəniyyətin izindən çıxardıq, yoxsa nə?



Ofeliya Bayramova: – Əli bəy Hüseynzadə əvvəla "Füyuzat" məcmuəsi ilə türk xalqlarına türklüyünü bildirdi. Avropalaşmaq Axundovda da vardı. Amma Əli bəy Hüseynzadə "Füyuzat" məcmuəsi ilə Avropa mədəniyyətinin, Qərb-Şərq mədəniyyətinin sintezini yaratdı. Türk xalqlarına kimliyini bildirdi. Türk mədəniyyətinə, təhqiramiz baxdığımız Teymurləngə, Çingizxana məhəbbət hissi oyatdı. Məcmuənin səhifələrində bir tərəfdən, türk yazıçılarımız, ziyalılarımız haqqında məlumat verirdi, o biri səhifəsində dünya, Qərb mədəniyyəti, Şekspir, Şiller, Höte haqqında yazılar verirdi. İstibdada qarşı onların mübarizə ideyalarını təbliğ edirdi...



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG