Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Gənclər işsizlik probleminin həllində sahibkarlara dialoq təklif edirlər


Səs: Real audio
Gəncədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması qərara alınıb «Azərbaycanda ilk dəfədir ki, gənclər işsizlik probleminin həlli üçün sahibkarlara dialoq təklif edir».



Bunu bölgələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının liderləri ilə Gəncə sahibkarları arasında keçirilən görüşdə «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin sədri Müşfiq Cəfərov söyləyib. Onun fikrincə, gənclərlə yerli sahibkarlar arasında sıx ünsiyyətə ehtiyac var.



Müşfiq Cəfərov deyir ki, gənclər təşkilatları yaşıdları arasında əsasən demokratik maarifləndirmə işləri aparırlar, ancaq onların işsizlik probleminə indiyədək bir o qədər də diqqət ayrılmayıb.



Gəncə Sahibkarlar Konfederasiyasının rəhbəri Amin Babayev isə hesab edir ki, gənclərin işsizlik probleminin həlli ölkənin aqrar sahəsinin inkişafından asılıdır. Cənab Babayev deyir ki, gənclər öz üzərilərində işləməli, peşə vərdişləriylə yanaşı, müasir texniki biliklərə də yiyələnməlidirlər.



Avropa Şurası Avropa Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində baş tutan görüşdə Gəncədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması qərara alındı. Layihənin müəllifi «Gələcəyə körpü» Gənclər İctimai Birliyinin sədri Müşfiq Cəfərov deyir ki, bu mərkəz vasitəsilə gənclərlə işəgötürənlər arasında körpü yarada biləcəklər.
XS
SM
MD
LG