Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Hikmət Hacızadə: «Regionda şərait dəyişən kimi ABŞ-ın Azərbaycana münasibəti də dəyişəcək»


Səs: Real audio
Tahir Tağızadə: «Ancaq biz Avropa Şurasının diqqətinə bir daha çatdırırıq ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Həmin ərazilərdə baş verən tədbirlərdən hökumətin xəbəri yoxdur» «Panorama»nın bu şənbə qonağı "FAR" İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə idi. Söhbətdə həmçinin «Media forum» saytının redaktoru Azər Qaraçənli və «Lider» televiziyasının əməkdaşı Şahin Abbasov iştirak edir.



Bu dəfə «Panorama»da ABŞ Dövlət Departamentinin insan haqları üzrə illik hesabatında Azərbaycana aid məsələlərdən bəhs edildi. "FAR" İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə dedi ki, hər il hazırlanan bu hesabat ABŞ-ın xarici siyasətində demokratiya və insan haqları məsələlərinin xüsusi önəm daşıdığını göstərir. Onun sözlərinə görə, bəzən istisna hallarda ABŞ-ın hansısa bir ölkəyə münasibətində dövlət maraqları demokratiya və insan haqları məsələlərini üstələyir. Hikmət Hacızadə qeyd etdi ki, hazırda bunu ABŞ-ın Azərbaycanla münasibətində görmək olar. Bununla belə, o hesab edir ki, bu, müvəqqəti yanaşmadır. Regionda şərait dəyişən kimi ABŞ Azərbaycana münasibətdə yenidən demokratiya və insan hüquqları prizmasından çıxış edə bilər. Hikmət Hacızadənin sözlərinə görə, ABŞ-ın yaxın tarixində belə hallara yetirincə rast gəlmək mümkündür



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG