Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

«Quş qripi»


Səs: Real audio
Amerikanın məşhur «Forbes» məcmuəsi martın 9-da dünyanın ən varlı adamlarının siyahısını dərc edib Amerika prezidenti Corc Buş axırıncı dəfə istirahətə gedəndə, özü ilə götürdüyü kitab nədən olub? Nə geosiyasətdən, nə İraqdan, nə də İrandan. Həmin kitab 1918-ci ildəki "ispan qripi"ndən olub. Bu xəstəlik o vaxt 50 milyon adam qırdı. Bunu Britaniyanın "Qardian" qəzeti yazır.



İndiki qrip isə "quş qripi"dir. Hər şey də 1997-ci ilin mayında Honq-Konqda başlandı. 3 yaşlı oğlan uşağı öləndə, qan analizi naməlum virus aşkar edəndə. Həmin virus H5N1 adını sonradan aldı. "Quş qripi" adı da eyni virus xəstə quşlarda tapılandan sonra verildi.



İndiyə kimi 95 adamın öldüyünü deyən Ümumdünya Səhiyyə Təşkilatı daha çox pandemiyadan – dünya üzrə epidemiyadan ehtiyat edir. Hökumətlər tədbir görməsə, adamlar sayıq olmasa, ən aşağı ehtimala görə, 30 milyon adam xəstələnə bilər. Bunun da 6 milyonu ölə bilər. Burda ümidverici odur ki, hamı xəstələnmir, xəstələnmək də hələ ölmək deyil.



Hazırda Səhiyyə Nazirliyi Azərbaycanda bir mərhumun "quş qripi"ndən öldüyünü təxmin edir. Ümumdünya Səhiyyə Təşkilatı isə 11 nəfərdəki xəstəlikdən şübhələnir. Fərq nədən yaranır? Salyanın Dayıkəndində nə baş verir? Azərbaycanda əsas problem xəstəliyin kimdəsə tapılıb-tapılmamağındadır, yoxsa ölüm, epidemiya təhlükəsini başa düşüb qorunmaqdadır? Hələlik yalnız quşdan keçə bilən bu xəstəlikdən sağlam adamın qorunması beləmi çətindir?



Bütün bu suallara cavab verməyə 3 qonağımız kömək edəcək:



- Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev;



- Ekologiya Standartlarının Monitorinq Fondunun eksperti İradə Yaqubova



- Salyan rayon Xəstəxanasının baş həkimi İbrahim Cəfərov



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG