Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:32

Qasırğa şimal bölgəsində dağıntılar törədib


Səs: Real audio
Martın 9-da Quba-Xaçmaz bölgəsində baş vermiş qasırğa yaşayış məntəqələrinə ciddi ziyan vurub Quba Rayon Fövqəladə Hallar Komissiyasından «Azadlıq» radiosuna verilən xəbərə görə, martın 9-da saat 16:30 radələrində Küpçal kəndi yaxınlığındakı meşə massivində başlanan yanğın gecə saat 12-dək davam edib. Hadisə yerinə Xaçmaz və Qusar rayonlarından yanğınsöndürənlər gəlib. Daha çox yerli sakinlərin köməyi ilə alovun qarşısını almaq mümkün olub. İlkin məlumata görə, xəsarət alan olmayıb.Güclü qasırğa Qubanın Dağlı, Qələduz, Alekseyevka, Çiçi və digər yaşayış məntəqələrində onlarla evin dam örtüyünü uçurdub, elektrik dirəklərini və telefon xətlərini qırıb.



Quba şəhərindəki konserv zavodunun dam örtüyü uçub.Təbii fəlakət nəticəsində şəhərə verilən elektrik enerjisi kəsilib. Martın 10-da enerji nəqlinin bərpa olunacağı gözlənilir.



Quba Rayon Fövqəladə Hallar Komissiyasında operativ qərargah yaradılıb. Polis İdarəsi səhərədək gücləndirilmiş rejimdə fəaliyyət göstərib.



Qasırğa Qusara da ziyan vurub. Rayon mərkəzindəki 6 və 4 saylı internat məktəblərinin dam örtükləri dağılıb. Kəndlərdə ağacların yıxılması nəticəsində evlər zədələnib.



Hazırda Quba və Qusara təbii fəlakətin vurduğu ziyan hesablanır. Şimal bölgəsində külək səngisə də, soyuq hava şəraiti davam edir.

Daşkəsəndə isə, qasırğa 38 kəndi işıqsız qoyub. Rayon İcra Hakimiyyətinin əməkdaşı Meydanəli Yolçuyev bildirir ki, güclü külək üç kəndə böyük ziyan vurub.



Güclü qasırğa Azərbaycanın cənub rayonlarında da xeyli dağıntılara səbəb olub.



Xəzərin şərq sahillərində isə, fırtına olduğundan gəmilərin dənizə çıxması dayandırılıb, yolda olan gəmilər isə, fırtınanın kəsməsini gözləyirlər. Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Mirsadıq «Azadlıq» radiosuna belə deyib. Naxçıvana təyyarə reyslərində də hava şəraitinə görə qısa fasilələr yaranıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyeva deyir ki, qasırğa martın 10-u gecə saatlarına kimi davam edəcək. Onun sözlərinə görə, qasırğanın ən kəskin dövrü martın 10-u olub. Bu müddətdə küləyin maksimal həddi Gəncəbasar bölgəsində müşahidə olunub (saniyədə 36-38 metr). Ölkənin bir neçə şimal və cənub rayonunda isə, küləyin sürəti saniyədə 28 metrə çatıb.



Güclü şimal-qərb küləyinin yalnız martın 10-dan 11-nə keçən gecə zəifləyəcəyi və havanın mülayimləşəcəyi gözlənir.
XS
SM
MD
LG