Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycandadırlar


Səs: Real audio
Təhsil Nazirliyi Bakı və Sumqayıt şəhərlərindəki məktəblərdə «quş qripi»lə bağlı maarifləndirmə işlərinə başlayıb Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki nümayəndəsi «quş qripi» ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, onlar martın sonlarına qədər Bakıda olacaqlar.



«Quş qripi»nə yoluxmaqda şübhəli bilinən və hazırda Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olunan Salyan rayon Dayıkənd sakini Şahmar Əsgərovun vəziyyəti isə ağır olaraq qalmaqdadır.



Bu günə kimi Salyan rayonunun «quş qripi»nə yoluxmaqda şübhəli bilinən üç sakini dünyasını dəyişib. Onlardan götürülən nümunələr isə, hələ ki, xaricdə laboratoriya analizindən keçirilmədiyindən xəstəliyin diaqnozu tam müəyyən edilməyib. Səhiyyə Nazirliyindən nümunələrin yaxın günlərdə London laboratoriyasına göndəriləcəyi bildirilir. Martın 9-da isə, virusa tutulduğundan şübhələnən beş nəfər 7 Saylı Yoluxucu Xəstəliklər Klinikasına müraciət edib. Xəstəxananın həkimi Məhəbbət İbrahimovanın sözlərinə görə, həmin şəxslərin dördünün səhhətində ciddi bir problem olmadığından evlərinə yola salınıblar.



Təhsil Nazirliyi isə, Bakı və Sumqayıt şəhərlərindəki məktəblərdə «quş qripi»lə bağlı maarifləndirmə məqsədilə buklet və plakatlar paylamağa başlayıb. Nazirliyin İctimaiyyətlə Əlaqə Şöbəsinin müdiri Bayram Hüseynzadənin sözlərinə görə, maarifləndirmə ölkənin başqa bölgələrində də davam etdiriləcək.
XS
SM
MD
LG