Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Dövlət Departamentinin hesabatına Bakıdan baxışlar


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mİlli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosu şimal bögəsində küləyin gecə saatlarında daha da şiddətlənəcəyini bildirir Azərbaycanda insan haqlarının vəziyyətinə dair hər hansı beynəlxalq qurum, QHT hesabat yayanda, yerli müxalifət qüvvələri, hüquq müdafiəçiləri bəyan edirlər ki, hesabat reallığı əks etdirir, rəsmilərsə onlarla razılaşmır. Hakimiyyət nümayəndələri adətən insan haqlarını ölkə ərazisinin bir hissəsinin işğal altında olmasıyla əlaqələndirirlər. Deyirlər ki, bəs niyə bir milyonadək qaçqının hüququnun pozulması nəzərə alınmır?!



Dövlət Departamentinin növbəti hesabatında diqqətçəkən məqam budur ki, sənəddə parlament seçkisinin demokratik standartlara uyğun gəlməməsi fikrindən sonra Azərbaycan ərazisinin 16 faizinin işğal altında olması qeyd olunur. Daha sonra Azərbaycan təhlükəsizlik qüvvələrinin insan haqları pozuntularına yol verməsi vurğulanır.



Hüquq müdafiəçisi Çingiz Qənizadənin fikrincə, Dövlət Departamentinin hesabatında deyilənlərlə Azərbaycan hüquq müdafiəçilərinin fikirləri üst-üstə düşür. Ancaq cənab Qənizadə bu cür hesabatları hazırlayan dövlətlərin öz mövqeyini daha kəskin şəkildə ortaya qoymasını arzulayır.



Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Səyyad Aransa bu fikirdədir ki, Azərbaycanda söz, mətbuat azadlığının durumunu nəzərə alsaq, insan haqlarının normal vəziyyətdə olduğunu söyləmək olar: "Dövlət Departamenti sadəcə olaraq Azərbaycanın vəziyyətini, onun uzun müddətdən bəri müharibə vəziyyətində olmasını və bir çox böyük təşkilatların Azərbaycana qarşı ikili standartlardan çıxış etməsini nəzərə almalıdır".



Səyyad Aran insan haqları sahəsində irəliləyiş kimi Cənubi Qafqazda ilk dəfə olaraq ölüm hökmünün, mediada senzuranın ləğvini misal gətirir.



Müsavat başqanının müavini Arif Hacılı isə bu hesabatı bitkin bir sənəd hesab edir. Cənab Hacılının fikrincə, Azərbaycanın demokratik imici Dağlıq Qarabağ münaqişəsinin həlli, hazırda İranla bağlı məsələnin çox həssas məqamda olması baxımından mühümdür: "ABŞ-da Qarabağla bağlı məsələlərin müzakirə olunduğu və İranla bağlı məsələnin kəskinləşdiyi bir məqamda təbii ki, Azərbaycanın beynəlxalq imicinin günü-gündən pisləşməsi Azərbaycana zərbə vurur. İlk növbədə Azərbaycan hakimiyyəti bu haqda düşünməli və öz səhvlərindən nəticə çıxarmalıdır… Nəticə çıxarsa, təkrar seçkilər zamanı Azərbaycanın imicinə dəymiş zərəri bir qədər azaltmaq olar. Bu məsələlərdə hakimiyyət dairələri beynəlxalq qurumların irəli sürdüyü təklif və tövsiyələri qəbul etsələr, təbii ki, bu, bütövlükdə Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycan hakimiyyətinin xeyrinə olar".



YAP-dan Səyyad Aransa 6 noyabr seçkisinin kifayət qədər demokratik keçdiyini, 20-dən çox müxalifətçinin parlamentdə təmsil olunduğunu, YAP nümayəndələrinin isə ötən parlamentə nisbətən sayının azaldığını deyir. Səyyad Aran seçkinin tam ideal keçmədiyini də əlavə edir. Onun sözlərinə görə, sadəcə, seçki prosesinin inkişafı Avropa ölkələrində daha dözümlü şəkildə, Azərbaycanda isə qan-qadayla həyata keçir.



Demokrat partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə bu fikirdədir ki, əgər bir neçə seçkidən sonra oxşar bəyanatlar olsa da, Amerikanın Azərbaycandakı səfirliyinin mövqeyində dəyişiklik hiss olunmursa, onda bu hesabat sadəcə, növbəti bir bəyanat kimi dəyərləndirilə bilər: "Düşünürəm ki, bunlar sadəcə olaraq siyasi etika baxımından demokratik imici olan bir dövlətin atdığı addımlardır. Bunların arxasında konkret olaraq Azərbaycanda situasiyanı dəyişdirmək cəhdləri durmur. Çünki elə həmin bəyanatdan da görünür ki, yaranmış
XS
SM
MD
LG