Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Quba və Xaçmazda qasırğa olub


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mİlli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosu şimal bögəsində küləyin gecə saatlarında daha da şiddətlənəcəyini bildirir Martın 9-da saat 16 radələrində Quba rayonunda güclü qasırğa olub. Sürətlə əsən külək şəhərdə bəzi ağacları, dam örtüklərini və elektrik naqillərini qırıb. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qasırğa nəticəsində rayonun Kürçal kəndindəki meşə massivində yanğın başlayıb. Alovun qarşısını almaq üçün hadisə yerinə texnika və canlı qüvvə gətirilib. Həmçinin rayonun Nərimanabad və Alekseyevka kəndlərinə ciddi ziyan dəyib.



Saat 17:40 radələrindən başlayaraq isə, Xaçmaz rayonunda da güclü külək əsib.



Hazırda bəzi şimal rayonlarına elektrik enerjisinin verilməsi dayandırılıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mİlli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosundan verilən məlumata görə, şimal bögəsində küləyin gecə saatlarında daha da şiddətlənəcəyini gözləyirlər. Martın 10-u günün sonuna kimi davam edəcək külək yalnız axşam saatlarında səngiməyə başlayacaq. Məlumatda bu da deyilir ki, martın 3-dən 4-nə keçən gecə Gəncədə baş vermiş qasırğanın şimal bölgəsində təkrarlanmayacağına və böyük miqdarda ziyan dəyməyəcəyinə ümid edirlər.
XS
SM
MD
LG