Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57
Rubrikalar

Sənaye istehsalının artımına görə Azərbaycan MDB-də 1-cidir


Səs: Real audio
Millət vəkilləri "quş qripi" ilə mübarizə tədbirlərini müzakirə ediblər Bu ilin yanvar ayında Azərbaycanda sənaye istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 40 faiz artıb.



MDB Dövlətlərarası Statistika Komitəsinin press-relizində belə deyilir. Məlumata görə, bu, keçmiş Sovet ölkələri arasında ən böyük göstəricidir. Bu göstəriciyə görə siyahıda ikinci yerdə Belorusiya gəlir. Ötən ilin yanvarıyla müqayisədə bu ölkədə sənaye istehsalı təqribən 13 faiz artıb. Rusiyada sənaye istehsalının artım tempi Tacikistandan geri qalır. Tacikistan sənaye istehsalını ötən 1 ildə 10 faiz, Rusiya isə cəmi 4 faiz artıra bilib.



Qırğızıstan, Ukrayna, Ermənistan və Moldovada vəziyyət daha pisdir. Ötən bir il ərzində bu ölkələrin sənaye istehsalı azalıb. MDB Dövlətlərarası Statistika Komitəsi Gürcüstan, Özbəkistan və Türkmənistan barədə göstəriciləri məlumata daxil etməyiblər.
XS
SM
MD
LG