Səs: Real audio
Hüseyn Arabul: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?» "Azərbaycan" qəzetində Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı dərc olunub. Sərəncama əsasən, Diplomatik Akademiyanı yaratmaqda əsas məqsəd Xarici İşlər Nazirliyi və digər dövlət orqanlarının beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən struktur bölmələrini xüsusi ixtisaslı kadrlarla təmin etmək və beynəlxalq münasibətlər sahəsində elmi-tədqiqatların aparılmasını təşkil etməkdir.
"Gün Səhər" qəzetində bildirilir ki, son illərdə ekoloji vəziyyətin gərginləşməsi Xəzər dənizində, xüsusən onun Lənkəran akvatoriyasında bioloji növ müxtəlifliyinin qorunması ilə əlaqədar bir çox problemlər meydana çıxarıb. Artıq davamlı inkişafın bir hissəsi olan bioloji müxtəliflik məhvə doğru gedir.
Mütəxəssislərin fikrincə, Xəzərdə canlıların məhv olmasını, yəni ekoloji problemi törədən əsas amil çirklənmədir. Tədqiqatçı Qorxmaz Ağayevin bildirdiyinə görə, bu mürəkkəb ekoloji problemlərin həlli üçün bütünlüklə Xəzər dənizi, o cümlədən Lənkəran akvatoriyası həmişə ciddi nəzarət altında olmalı, onun suyunun təmizliyini daim təmin etmək əlaqədar nazirliklər və təşkilatlar tərəfindən kompleks şəkildə həyata keçirilməlidir.
"Ayna" qəzetindəki "Azərbaycanın "İran başağrısı" başlıqlı məqalədə bildirilir ki, İran ətrafında proseslərin gərginləşməsi və açıq qarşıdurma mərhələsinə daxil olmasının Azərbaycan üçün də problemlər yaradacağı şübhə doğurmur. İranla bağlı proseslərin hansı məcrada inkişaf edəcəyi ilə bağlı proqnozlar da Azərbaycan üçün müsbət ssenarilər vəd etmir.
Dünya və ABŞ mətbuatı israrla Vaşinqtonun istənilən variantda İranı vurmağa hazırlaşdığını yazır. Ekspertlərə görə, ABŞ-ın İrana qarşı əsas kəşfiyyat platsdarmlarından birinin də Azərbaycan olacağı ehtimalı çox böyükdür. Ekspertlər ABŞ-ın kəşfiyyat məqsədləri ilə Azərbaycan ərazisindən istifadə etməsi planlarına rəsmi Bakının tam "yox" deyəcəyini də inandırıcı saymırlar.
Müəllif qeyd edir ki, artıq Azərbaycanın Astara və Xızı bölgəsində ABŞ-ın radar stansiyaları yerləşdirilib. Müəllifin fikrincə, bu stansiyaların əsas missiyasının İranı dinləmək olduğu isə heç kimə sirr deyil.