Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:49

«Barmek»ə qarşı cinayət işi açılıb<p align=`left`><br><br>


Səs: Real audio
Hüseyn Arabul ittihamları əsassız sayır Respublika Prokurorluğunun martın 3-də yaydığı məlumata görə, "Barmek Azərbaycan" şirkətinə qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığına və özgə əmlakını külli miqdarda talama maddələri ilə cinayət işi açılıb. İstintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.



"Barmek"in prezidenti Hüseyn Arabul martın 2-də mətbuat konfransı keçirərək şirkətin qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirmişdi. "Barmek"in dövlət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə ittihamları əsassız sayan cənab Arabul şirkətin fəaliyyəti ilə bağlı Azərbaycan prezidentinə düzgün məlumatlar çatdırılmadığını demişdi.
XS
SM
MD
LG