Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

<i>«Gün səhər»</i>: «Fövqəladə Hallar Nazirliyi «dövlət içində dövlət» miqyasınadək yüksələ bilər»


Səs: Real audio
Təyyarənin bəzi cihazları Moskvaya – Beynəlxalq Aviasiya Komitəsinə tədqiqata göndərilib «Gün səhər» qəzetindəki «Səlahiyyətlər artır, məsuliyyət də, suallar da...» başlıqlı məqalədə bildirilir ki, prezidentin fevralın 28-də dərc olunan və Fövqəladə Hallar Nazirliyinə (FHN) aidiyyatı olan fərman və sərəncamda indiyədək dünya praktikasında mövcud olmayan yeniliklər mövcuddur. Birincisi, sözügedən nazirliyin hərbiləşdirilmiş xüsusi mühafizə xidməti yaradılması nəzərdə tutulub. Müəllifin fikrincə, indiyədək bunun Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin işi olduğu nəzərə alınsa, FHN-in tədricən hüquq-mühafizə orqanına çevrilməsini güman etmək olar. Bundan başqa FHN-in istintaq şöbələri, müstəntiqləri və təcridxanaları da olacaq. Müəllif belə hesab edir ki, bu gedişlə FHN yaxın zamanlarda «dövlət içində dövlət» miqyasınadək yüksələ bilər.



«Yeni Azərbaycan» qəzetindəki «Hökumət «Barmek»in fəaliyyətini araşdıracaq» başlıqlı məqalədə bildirilir ki, sözügedən şirkətin müqavilə öhdəliklərinə necə əməl edib-etməməsinə aydınlıq gətirmək məqsədilə Nazirlər Kabineti araşdırmalara başlayacaq. Dövlət başçısı hökumət qarşısında «Barmek»in fəaliyyətinin araşdırılması ilə bağlı ciddi tapşırıqlar qoyub. Müəllif yazır ki, hökumətin yürütdüyü iqtisadi siyasətin əsas hədəfləri ondan ibarətdir ki, respublikanın bütün bölgələrində fasiləsiz elektrik enerjisi təmin olunsun. Buna görə də hökumətlə bərabər, bu işdə çalışan xarici investorlardan da öz üzərlərinə düşən məsuliyyəti dərk edərək vəzifə öhdəliklərinə ciddi yanaşmaları tələb olunur.



«Üç nöqtə» qəzetindəki «İctimai nəqliyyatın hərəkəti tənzimlənir» sərlövhəli məqalədə deyilir ki, paytaxtdakı avtomobil tıxacları hər kəsi narahat edən başlıca problemlərdəndir. Müəllif yazır ki, Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabineti ilə birlikdə sözügedən problemin həlli ilə bağlı müxtəlif planlar hazırlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis mayoru Vaqif Əsədov isə, deyir ki, bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər martın 15-dən həyata keçirilməyə başlanacaq. Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə isə, yeni infrastrukturun qurulması ictimai nəqliyyatın hərəkətini tənzimləyəcək. Bunun üçün 16 milyon dollar vəsait ayrılıb, 9 yol ötürücüsünün də tikilməsi planlaşdırılır. Məlumata görə, ilk olaraq Əzizbəyov rayonu dairəsində keçid məntəqələri və ötürücü xətlər inşa ediləcək.
XS
SM
MD
LG