Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:13

Övladlığa verilənlərin hüquqları qorunurmu?


Səs: Real audio
Fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq Həftəsonu İrlandiya məhkəməsi Azərbaycanda yaşayan Dausilər ailəsinin təzminat ödəməsi haqqında qərar çıxardı. İxtisasca hesabdar olan Coe Dausi və onun həkim işləyən azərbaycanlı arvadı Lalə üç il qabaq İndoneziyadan Azərbaycana köçəndə, orada övladlığa götürdükləri uşağı – Fristanı uşaq evinə qaytarıblar. İrlandiya mətbuatı Dausilərin uşağa yalnız bir qutu oyuncaq, geyim və 2 min funt sterlinq qoyaraq Bakıya köçdüyünü bildirir.



İndi Dausilər ailəsi uşağa birdəfəlik 20 min funt sterlinq pul ödəməlidir. Üstəlik, ayda 350, 18 yaşına çatanda isə, 25 min funt sterlinq verməlidirlər.



İrlandiyalı hakimin cümə günü elan etdiyi qərarda həmçinin Fristan Dausinin İrlandiya vətəndaşlığının saxlanması, o, həddi-buluğa çatanda isə, Dausilərin əmlakından pay almasına qərar verilib.



Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycandan övladlığa götürülən və xaricə aparılan uşaqların hüquqları qorunmur. Uşaq qaçaqçılığının da bəzən saxta sənədlərlə övladlığagötürmə adıyla gerçəkləşdirildiyi iddia olunur.



Söhbətdə iştirak edirlər:



- Milli Məclisin deputatı, Sosial siyasət Daimi Komissiyasının sədr müavini Musa Quliyev;



- Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG