Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

«Moskva göz yaşlarına inanmır...»


Səs: Real audio
Fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq Moskvanın "Basman" bazarının tavanı uçanda başqa ölkələrdən olanların yiyələri gəlib ölənləri götürməmiş, Azərbaycan hökuməti Rusiyanın Fövqəladə Hallar Nazirliyi ilə danışıb, sink tabutlar da tapdı, ölənləri Azərbaycana da gətirdi



...İndi Gəncədə 24 nəfərin qapısında qara çadır qurulub. Həlak olanların yaxınlarıyla söhbət edəndə mənə dedilər ki, Şəhər İcra Hakimiyyəti onlara xırda-para yardımlar edib, məsələn, qəbir qazılıb, qəbiristanlıqda yer ayrılıb, nəzərdə tutulan əsaslı kompensasiya isə hələ ki, verilməyib. Düzdür, həlak olanların bəzilərinin ailələrinə deyiblər ki, onların hər birinə 5 milyon manat verəcəklər, amma Şəhər İcra Hakimiyyəti hələ ki, bu rəqəmi təsdiqləmir. Gəncənin icra başçısının müavini Akif Ələkbərov deyir ki, hökumət yerli icra hakimiyyəti ilə siyahını dəqiqləşdirir.



Azərbaycanlıların əksəriyyəti Rusiyaya keçmiş SSRİ dağılandan sonra ayaq açmağa başladı. Hökumətin özündə də etiraf edirlər ki, Azərbaycanın əmək resurslarının böyük bir hisssəsi indi şimal qonşularımızın ərazisindədir. Rəsmi məlumata görə, Rusiyada 1 milyon yarım azərbaycanlı yaşayır, onların əksəriyyəti bazarlarda işləyir. Elə son hadisədə həlak olanların böyük əksəriyyəti – 66-ı nəfərdən 45-i azərbaycanlı idi. Bakıda deyirlər ki, «Moskva göz yaşlarına inanmır», gərək hökumət özü Rusiyada yaşayan vətəndaşlarının qeydinə qalsın.



Konstitusiyaya görə, hökumət xaricdə yaşayan vətəndaşlarının qayğısına qalmalıdır. Amma hüquqşünaslar deyirlər ki, Basmanda həlak olanlar ora öz təşəbbüsləriylə getmişdilər deyə, hökumətin üzərində elə bir hüquqi məsuliyyət yoxdur ki, ölənlərin, ya da yaralananların ailələrinə kompensasiya versin. Söhbət ancaq hökumətin mənəvi məsuliyyətindən gedir, çünki ölkədə iş yeri olsaydı, vətəndaşlar heç yurd-yuvalarını tərk etməzdilər.



Miqrantlara Hüquqi Yardım Mərkəzinin hüquqşünası Müzəffər Baxışov deyir ki, həlak olanların tam haqqı var ki, bazarın rəhbərliyini məhkəməyə verib, uzunmüddətli müavinət əldə etsinlər, amma bunun üçün iddia ərizəsini mütləq Moskvadakı müvafiq məhkəməyə vermək lazımdır, odur ki, hökumət Basman bazarında həlak olanların yaxınlarına hüquqi yardım da göstərməlidir.



Yeri gəlmişkən, hələ ki, Rusiya hökuməti həlak olanlara təqribən 3000 dollara qədər kompensasiya ödəyəcəyini deyib. Hüquqşünas Müzəffər Baxışov deyir ki, kompensasiya tələb etməyə ailə başçısını itirən əmək qabiliyyəti olmayan şəxslərin, 14 yaşına qədər olan uşaqların, həlak olanın ölümündən 300 gün sonra doğulmuş uşaqların hüquqları var.



Hüquqşünas deyir ki, həlak olanlar bazarla əmək müqaviləsi bağlayıb-bağlamamasından asılı olmayaraq uzunmüddətli kompensasiya almaq üçün məhkəməyə şikayət edə bilərlər. Elə bazara təsadüfən gələnlərin də kompensasiya almaq hüququ var.



Hüquqşünasın sözlərinə görə, yaralıların yaxınlarının da kompensasiya tələb etmək hüquqları var. Bu zaman əmək qabiliyyətini itirmə faizinə uyğun onlara kompensasiya ödənilməlidir. Uşaqlar və yaşlıların əvəzindən məhkəməyə müraciəti yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən qurumlar edə bilər.



Azərbaycanın Rusiyadakı səfirliyindən isə, deyirlər ki, hələ ki, hökumətin başı dəfnə və yaralılara qarışıb, amma uzunmüddətli kompensasiyaların olması məsələsi indi müzakirə olunur.



Moskvanın Bauman küçəsindəki üstü qapalı Basman bazarının tavanı fevralın 23-də uçub. Hadisə vaxtı həlak olan 45 azərbaycanlının 18-i qadındır. Prezident İlham Əliyevin tapşırığı ilə həlak olanların hamısının cənazəsi A
XS
SM
MD
LG