Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:43

Avropa parlamentinin üzvləri Bakıda səfərdədirlər


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Avropa parlamentinin üzvləri Bakıda səfərdədirlər. Məqsəd regionla tanış olmaq, bölgədə mövcud münaqişələri, Avropa Birliyinin Qonşuluq Siyasəti çərçivəsində Cənubi Qafqaz ölkələrinin fəaliyyətini müzakirə etməkdir. Bunu «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyib.



Avropalı qonaqlar fevralın 27-də Xarici İşlər naziri Elmar Məmmədyarovla, parlamentin sədri Oqtay Əsədovla, bəzi partiyaların rəhbərləriylə görüşüblər.



«Fridrix Nauman» Fondu isə, Avropa Qonşuluq Siyasətiylə bağlı dəyirmi masa keçirib.



Avropa Birliyi Qonşuluq Siyasəti çərçivəsində danışıqların ikinci raundu martda Brüsseldə olacaq.
XS
SM
MD
LG