Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 15:31

Elmar Məmmədyarov BMT-nin məruzəçisini qəbul edib


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Fevralın 27-də Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları üzrə Komissiyasının din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangiri qəbul edib. XİN-in Mətbuat Mərkəzi xəbər verir ki, nazir Azərbaycanda dini azadlığa hörmət edildiyini, müxtəlif dini cərəyanların birgə mövcud olduğunu diqqətə çatdırıb. Asma Cahangir isə, hazırda dünyada hələ də dinin siyasiləşməsi probleminin mövcud olduğunu deyərək, Azərbaycanda bu məsələnin hansı durumda olması ilə maraqlanıb.



E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğal olunması, Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti, törədilmiş terror aktları haqda məlumat verərək, terrorizmin heç bir dini mənsubiyyətinin olmadığını vurğulayıb.
XS
SM
MD
LG