Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Həmsöhbətimiz Əli Kərimlidir


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Bu dəfəki qonağımız hələ uşaq vaxtlarından ədalətsizliklə barışmadığını, elə böyük siyasətə də onu bu xüsusiyyətin gətirdiyini deyir. Onu ən çox qorxudan şey insanların haqsızlıqla barışa biləcəyidir. Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınmış bu adam Xalq Cəbhəsi hakimiyyətinin ən gənc məmurlarından olub. Beləliklə, keçmiş dövlət katibi və millət vəkili, hazırda isə Azərbaycan Xalq Cəbhəsi partiyasının [AXCP] lideri Əli Kərimli



– Bu gün Azərbaycanın ictimai-siyasi həyatında mövcud gerçəkliyin fonunda Əli bəy özünü necə hiss edir?



Əli Kərimli– Azərbaycanın tarixinin o qədər də xoş olmayan məqamlarını yaşayırıq. İndi Azərbaycan cəmiyyətində problemlər çoxdur... Biz o problemlərin lap mərkəzindəyik. Amma bu yolu şüurlu seçdiyimizdən, ölkədəki gərgin vəziyyət, problemlərin çoxluğu şəxsin mənim özümü hissetməmə mənfi təsir göstərmir. Mən özümü lap yaxşı hiss edirəm. İşləməkdə davam edirəm, gördüyüm işdən zövq alıram. Həyatımdan da razıyam. O məşhur deyimdə olduğu kimi, "işdə olanda, evə, evdə olanda, işə tələsirəm"...



Mənim qonşularımın xeyli hissəsi indiki hökumətin nümayəndələridir. Ona görə də bizim geniş qonşuluğumuzdan danışmaq təəssüf ki, qeyri-mümkündür. Amma salamımız olur. Görəndə, bir-birimizə salam veririk. Ancaq indi o hökumət nümayəndələrindən də orada heç kim qalmayıb. Hamısı başqa binalara köçüblər, öz evlərini kirayə veriblər. İndi mən xaricilərlə qonşuluq etməli olmuşam...



Mən təsəvvür etmirəm ki, adam binadan, kabinetdən ötrü darıxa bilər. Məndə heç zaman belə hiss olmayıb. Mən Prezident Aparatını şüurlu şəkildə qoyub getmişəm. Mənim istefa verməməyim üçün o zamanın dövlət başçısı çox təkid edib...



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG