Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:38

Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi<p align=`left`><br><br>


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Əhali Bakıdakı «Ana Harayı» heykəlini ziyarət etdi. Saat 17.00-da isə Xocalı qurbanları bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edildi. Avtonəqliyyatın hərəkəti dayandırıldı və siqnallar verildi.



Ali məktəblərdə təhsil alan bir qrup tələbə isə Nizami küçəsindən Şəhidlər Xiyabanına qədər dinc yürüş edib. Onlar əllərində Xocalı faciəsini əks etdirən fotoşəkillər tutmuşdu.



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalını işğal edib. İşğal zamanı 613 nəfər dinc sakin qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 83-ü uşaq olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG