Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:54

Dərin Özüllər Zavodunun fəhlələri 4 saat tətil ediblər<p align=`left`><br><br>


Səs: Real audio
Fevralın 24-də "McDermott" şirkətinin Bakı Dərin Özüllər Zavodunun 1000-dən artıq azərbaycanlı fəhləsi 4 saat tətil keçirib. Tətilə səbəb şirkətin iki əcnəbi menecerinin Xocalı faciəsi ilə bağlı fotoşəkilləri stenddən qopartması olub Zavodun fəhləsi Zəki Rəhimov deyir ki, Xocalı hadisələri ilə bağlı fotokompozisiya şirkət rəhbərliyinin razılığı ilə yaradılmışdı. Şəkillər qopardılandan sonra fəhlələr həmin şəxslərin işdən azad olunması tələbi ilə tətilə başlayıblar. 4 saatlıq tətildən sonra onların tələbləri yerinə yetirilib.



"McDermott" şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Tələt Cəfərov da dedi ki, şirkətin Xəzər regionu üzrə vitse-prezidenti Dan Hauzer zavodun fəhlələri ilə görüşəndən sonra şəkilləri qoparan iki nəfərin işdən azad olunduğunu bildirib.



Ötən ilin noyabrında da bu zavodun fəhlələri tətil keçirmişdilər. Həmin vaxt onlar əmək haqlarının artırılmasını tələb etmişdilər və tələbləri yerinə yetirilmişdi.
XS
SM
MD
LG