Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59
Rubrikalar

Sumqayıta metro xətti çəkilməsi planlaşdırılır


Səs: Real audio
Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Vaqif Şərifov uçqunlar altından altı azərbaycanlının cəsədinin çıxarıldığını deyir - Azərbaycan hələ də Avropa və Mərkəzi Asiyanın yeddi ən yoxsul ölkəsindən biridir.



Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadi vəziyyətin qiymətləndirilməsi ilə bağlı hazırladığı hesabat layihəsində belə deyilir. Sənədə görə, ölkədə işsizlik və natamam məşğulluğun səviyyəsi getdikcə artır.



Asiya İnkişaf Bankının ekspertləri hesab edirlər ki, ümumdaxili məhsulun yüksək artımında əsas yeri [60 faiz] neft sektoru tutur. Bankın proqnozuna görə, yüksək artım tempi neft və qaz resursları tükənəndən sonra zəifləyəcək.



Hesabat layihəsində deyilir ki, Azərbaycanda iqtisadiyyat birtərəfli inkişaf edir, əldə edilən mənfəət əhali arasında bərabər bölüşdürülmür. Amma hesabat müəlliflər deyirlər ki, bu sənəd hələlik layihə formasındadır, yekun sənəd hökumətlə müzakirələrdən sonra qəbul ediləcək.



Avropa Yenidənqurma və İnkişaf Bankının fevralın 22-də açıqladığı hesabatda da Azərbaycandakı iqtisadi mühitlə bağlı xeyli iradlar var idi.



İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov isə hesab edir ki, hər iki bankın hazırladığı sənədlərdə köhnə məlumatlara istinad olunub, onlar reallığı tam əks etdirmir.



- Bakı Metropoliteni isə Sumqayıta 26 kilometrlik yerüstü metro xətti çəkməyi planlaşdırır. Bu xətt çəkiləndən sonra Bakıdan Sumqayıta 12 dəqiqəyə çatmaq mümkün olacaq.



Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib ki, bu xəttin üstündə iri obyektlər olmadığından, yeraltı xətt çəkməyə ehtiyac yoxdur. Amma hər halda yerüstü metro xəttinin ətrafında xüsusi mühafizə zolağı yaradılacaq. Tağı Əhmədov Bakı-Sumqayıt xəttinin nə vaxt tikiləcəyi barədə məlumat verməyib. Deyib ki, ilkin layihə işləri aparılıb, indi hər şey hökumətin qərarından asılıdır.
XS
SM
MD
LG