Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 21:53

Avtoşlar


Səs: Real audio
Bankın hesabatına görə, Gürcüstanda sahibkarlar gəlirlərinin 0,46 faizini, Ermənistanda 1 faizini, Azərbaycanda isə, təqribən 3 faizini rüşvət verirlər QANUN QANUNDUR, ONA HAMI KİMİ AVTOŞLAR DA ƏMƏL ETMƏLİDİRLƏR



Polislər onlara avtoxuliqanlar, özləri isə özlərinə avtoş deyirlər. Həmsöhbətlərim Eldar, Rasim və Cabir də avtoşdurlar. Deyirlər ki, maşını yüksək sürətlə sürmək, başqaları ilə yarışmaqdan həzz alırlar.



Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov da deyir ki, indi şəhərdə avtoşlar çoxdur. Yol Polisi nə qədər çalışsa da, onların sayını azalda bilmir. İldən-ilə avtoşların sayı ən azı 100 nəfər artır, bu ilin təkcə yanvar ayında polis 125 nəfər avtoş saxlayıb.



Hər iki tərəflə söhbətimdə aydın oldu ki, polislər avtoşlardan, avtoşlar da polislərdən gileylidir. Bəs qanun kimin tərəfindədir?



İnzibati Xətalar Məcəlləsi və "Yol Hərəkəti haqqında" Qanunun tələblərini pozan – bilərəkdən ətrafdakıların həyatını təhlükə altına alaraq, qəza şəraiti yaradan, ağır yol-nəqliyyat hadisələrinin törənməsinə səbəb olan və ictimai asayişi pozan sürücülər ya müəyyən olunmuş miqdarda cərimə ödəməli, ya da 15 sutkayadək həbs cəzası çəkməlidirlər.



Həmsöhbətlərim Eldar, Rasim və Cabir isə deyirlər ki, maşınlarının görkəmindən avtoşa oxşadıqlarından, bəzən polislər onları günahsız yerə saxlayırlar. Onlar da cərimələrdən qaçmağa çalışırlar. Amma necə deyərlər, bıçaq sümüyə dirənəndə, qaçmağın yeri olmur, məcbursan ki, cəriməni ödəyib canını qurtarasan.



Avtoşlar deyirlər ki, onların bu marağını başa düşməyənlər bir polislərdir, bir də yaşlılar. Gənclər isə onları yaxşı başa düşürlər.



Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, avtoşluğu da qanuniləşdirmək olar. Avtoşluq etmək olar, amma şəhərin mərkəzidə yox: "Gəlib müraciət etsinlər, onlara yer ayrılsın, getsinlər orda öz aralarında yarışlar keçirsinlər, nə istəyirlər etsinlər".



Həmsöhbətlərim bu təklifi bəyənsələr də, öz xoşları ilə polisin ayağına getməkdən çəkinirlər.



Ümid edək ki, bizi dinləyən avtoşlardan kimsə öz dostlarını ətrafına yığıb, bu təklifin dalınca düşər. Çünki qanun qanundur, ona hamı kimi avtoşlar da əməl etməlidirlər.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG