Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:23

«Büdcə təşkilatlarında çalışanların maaşı artırılacaq»<p align=`left`><br><br>


Səs: Real audio
Maliyyə naziri «bütün əmanətləri qaytarmaq üçün 600 milyon dollar vəsait tələb olunur» - deyir «Bu il büdcə təşkilatlarında çalışanların əksəriyyətinin əməkhaqqı artırılacaq. Dövlət qulluqçuları və xarici səfirliklərdə çalışanların maaşları bu yaxınlarda qaldırıldığından bu artım onlara aid edilməyəcək. Bu il tibb işçilərinin minimum maaşları hamının aldığı minimum əməkhaqqından artıq olacaq».



Maliyyə naziri Əvəz Ələkbərov fevralın 21-də keçirdiyi mətbuat konfransında belə dedi. Onun sözlərinə görə, bunu etməkdə məqsəd büdcə təşkilatları arasında indiyə qədər hamıdan az maaş alan tibb işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Amma nazir əməkhaqlarının nə qədər və nə vaxt artırılacağı barədə məlumat vermədi.



Sovet dövründə banklara qoyulmuş əmanətlər barədə danışan cənab Ələkbərov bildirdi ki, həmin əmanətləri 2014 –cü ilə qədər qaytarmaq mümkün olacaq. Bununla bağlı qanun layihəsi də artıq hazırdır, hökumət həftənin axırına qədər əmanətlərin qaytarılması mexanizmini də təsdiqləyəcək.



Hökumətin yekun qənaətinə görə, bütün əmanətləri qaytarmaq üçün 600 milyon dollar vəsait tələb olunacaq. Yeri gəlmişkən, ikinci çağırış parlamentin İqtisadiyyat Komissiyasının hesablamaları da təqribən elə bu rəqəm ətrafında idi. Komissiyanın keçmiş sədr müavini Əli Əlirzayevin fikrincə, 600 milyon dollar nəzərdə tutulması onu deməyə əsas verir ki, hökumət pulları elə ötən parlamentin tərtib etdiyi mexanizmlə qaytaracaq. Yəni, 2000 manata qədər olan əmanətlər qaytarılanda o vaxtın 1 rublu indinin 1 dollarına bərabər tutulacaq.



Maliyyə naziri Əvəz Ələkbərov isə, deyir ki, əmanətlərin qaytarılması ilə bağlı siyahıyaalma işləri də başa çatmaq üzrədir. Ən ciddi problem isə, məcburi köçkünlərin sənədlərinin itməsi ilə bağlıdır.



Əmanətlərin qaytarılmasına bu ilin iyulundan başlanacaq. Bu proses ancaq 1992-ci ilin yanvarın 1-nə qədər banka pul qoyanları əhatə edəcək. Bəzi ekspertlər hesab edirlər ki, əmanətlərin qaytarılması və əməkhaqlarının artımı dövriyyədə olan pul kütləsini artıracaq və inflyasiyanı sürətləndirəcək. Hökumətdə isə, bunun əksini düşünürlər və bildirirlər ki, 2006-cı il boyu inflyasiya idarəolunmayan həddi keçməyəcək.
XS
SM
MD
LG