Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Gəncədə 200-ə qədər adam aksiya keçirib


Səs: Real audio
Yarım saatlıq aksiyadan sonra sakinlərə qazın nəqli bərpa edilib Fevralın 21-də Gəncədə 200-ə qədər adam Şah İsmayıl Xətai prospektində nəqliyyatın hərəkətini dayandırıb. Aksiyada sakinlər beş gündür ki, qazlarının kəsildiyini deyiblər. Onların sözlərinə görə, cari ilin yanvar və fevral aylarının pulunu ödəsələr də, təbii qaz verilmir.



Hadisə yerinə gələn Gəncə Qaz İdarəsinin rəisi Eldar Zeynalov isə, bildirib ki, şəhərdə qaz pulunun ödənişi aşağı olduğundan ciddi tədbirlər görməyə məcburdurlar. O, qaz pulunu verməyən və ya çox az ödəyən məhəllələrdə qazın kəsildiyini də sözlərinə əlavə edib.



Cənab Zeynalov söyləyib ki, Gəncədə qaz pulunun yığımı illik 11 faiz təşkil edir.



Aksiyadan sonra etiraz edən sakinlərə qazın nəqli bərpa edilsə də, Eldar Zeynalov deyib ki, yığımda irəliləyiş olmasa, yenidən sərt tədbirlərə əl atmalı olacaqlar.
XS
SM
MD
LG