Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:11

«Kür qırağının əcəb seyrangahı var...»


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir Salyan rayon sakini Rafət Həsənov 20-dən çox kənddə insanların qurunt sularından əziyyət çəkdiyini söyləyir



Bir ildən çoxdur bu şəraitdə yaşadıqlarını deyən müsahibimizin narahatlığına bir qədər arxayınlıq gətirmək üçün deyək ki, Kürqırağı rayonlarda, xüsusən də Salyan və Neftçaladakı kəndlərdə subasmaların qarşısını almaq üçün yerli icra orqanlarının hazırladığı tədbirlər planı fevralın əvvəllərində Nazirlər Kabinetində (NK) təsdiqlənib.



Bunu Neftçalanın icra başçısının birinci müavini Qabil Məmmədov «Azadlıq» radiosuna müsahibəsində dedi. O, bildirir ki, həmin sənədə görə, Salyan və Neftçalada qurunt sularının qarşısını almaq üçün açıq kanalizasiya sistemləri çəkiləcək, bundan başqa Kürün ana qolunun dibi lildən təmizlənəcək.



Salyan rayon sakini Akif Şahbazov isə, deyir ki, az qala bütün rayonu başına alan qurunt sularının qarşısını almaq artıq mümkün deyil. Onun fikrincə, indi bütöv bir rayon Azərbaycanın xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalıb. Akif Şahbazovun sözlərinə görə, rayonda içməli su problemi hələ də həll olunmayıb. Rayon sakini bildirir ki, Kürqırağı kəndlərdə yaşayanların bir çoxu artıq yaşayış yerlərini tərk etməyə başlayıblar.



Rayon sakinlərilə söhbətdə öyrəndiyimiz məlumatlardan biri də bu oldu ki, qurunt sularının həyətlərdə aylardan bəri yığılıb qalması insanlarda tənəffüs orqanları ilə bağlı bir sıra xəstəliklərin yaranmasına da gətirib. Salyan Rayon Sanitar Epidemioloji Stansiyasının rəisi Mirəddin Ağayev isə, bu məlumatların dəqiq olmadığını bildirir.



Salyan sakini Rafət Həsənov isə, rayonda və Kürqırağı kəndlərdə vəziyyətin çox ağır olduğunu söyləyir. Müsahibimiz bildirir ki, dava-dalaş salmasalar, rayon rəhbərliyi iş görmür.



Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynovsa, deyir ki, rayon rəhbərliyi və komissiya suyun təmizlənməsi üçün əlindən gələni edir. Əlbəttə ki, imkan daxilində.



Etibar Hüseynov «sahilyanı kəndlərdən insanların köçürülməsinə hələlik ehtiyac yoxdur» deyir, amma onu da əlavə edir ki, işlər belə getsə, bir neçə vaxtdan sonra bu köçürməyə ehtiyac yox, zərurət olacaq.



Neftçalalı Qabil Məmmədovsa, deyir ki, suyun nəzarətdən çıxmamasına çalışırlar. O, bildirir ki, Kürün ana qolundan başlayaraq 12 km uzunluqda ikinci qol ötən ilin sonlarından qazılıb və artıq bu qola su da buraxılıb. Bundan başqa, Kürün Xəzərə tökülən hissəsi və dənizdə də su hövzəsi 3 km genişləndirilib. Müsahibimiz deyir ki, Kürün sahilə yaxın hissələrində elə yerlər olub ki, orda çayın dərinliyi 10 metrə çatırmış. Qabil Məmmədov bildirir ki, hazırda bu sahələrin də lildən təmizlənib əvvəlki vəziyyətinə qaytarılmasına çalışırlar. O, həmçinin qeyd edir ki, Kürün daşması yaşayış məntəqələrini su basmasının yeganə səbəbi deyil.



Salyan və Neftçalada subasmaları və qrunt sularından 30-dan çox yaşayış məntəqəsinin sakinləri əziyyət çəkir. Neftçala və Salyanın Fövqəladə Hallar komissiyalarından aldığımız məlumatlara görə, iki rayon üzrə 100-dən çox su nasosu qurunt sularının həyətlərdən təmizlənməsi üçün əhalinin istifadəsinə verilsə də, həyətlərə, evlərə dolan suyun qarşısını almaq mümkün olmur. Məlumatlarda o da bildirilir ki, su basmalarının və qurunt sularının əhaliyə vurduğu ziyanın ödənilməsi üçün hər hansı kompensasiya və ya başqa yaşayış məntəqələrinə köçürülmələr də nəzərdə tutulmur. Yerli komissiyaların məlumatlarında o da vurğulanır ki, fevralın əvvəlində NK-da təsdiqlənən sənədə əsasən hər iki rayon
XS
SM
MD
LG