Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

Milli QHT Forumu Avropa Parlamentinin qətnaməsini pisləyir<p align=`left`><br><br>


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir 400-dən çox QHT-ni birləşdirən Milli QHT Forumu Avropa Parlamentinin Naxçıvanda erməni qəbiristanlığının dağıdılması ilə bağlı qətnaməsini pisləyən sənəd qəbul edib. Forumun prezidenti Azay Quliyev deyir ki, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında olmasından xəbərdar olan Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi onlar üçün gözlənilməz olub: «Avropa Parlamenti bu qətnaməni ləğv etməli və Azərbaycan ərazilərinin işğal olunması faktını özündə əks etdirən yeni sənəd qəbul etməlidir».



Fevralın 16-da Strasburqda Avropa Parlamenti Naxçıvanın Culfa rayonunda erməni qəbiristanlığının dağıdılmasını pisləyən qətnamə qəbul edib. Qurum erməni tərəfinin qəbiristanlığın guya Azərbaycan qüvvələri tərəfindən dağıdıldığına dair iddiaları və videoyazını əsas götürüb.



Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə, «Azadlıq» radiosuna bildirib ki, qətnamə Azərbaycan tərəfindən narahatlıqla qəbul olunub. Sənəddə səslənən fikirlər əsassızdır və bu siyasət Ermənistan tərəfindən Azərbaycanın abidələrinin dağıdılmasını ört-basdır etmək məqsədilə həyata keçirilir.
XS
SM
MD
LG