Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:40

Həmsöhbətimiz Əbdül Mahmudbəyovdur


Səs: Real audio
Mstislav Rastropoviç ötən gecə Bakıya gəlib Bu dəfəki qonağımızın ən böyük arzusu Seyid Əzim Şirvani ilə Mirzə Ələkbər Sabir haqqında film çəkməkdir. Ən böyük istirahəti isə vaxtı Alim Qasımovla birgə keçirməkdir. Hazırda ciddi maddi çətinlik çəksə də, bunun onu darıxdırmadığını deyir. Adil İsgəndərovdan başqa o, həm də məşhur Sovet kinorejissorları Georgi Daneliya, Vasili Şukşin və digərlərindən dərs alıb. Ölkə əhalisinin bir vaxtlar daha çox "Yeddi oğul istərəm" filmindəki Qasım kimi tanıdığı rejissor Əbdül Mahmudbəyovu hazırda cəmiyyət Şeyx Əbdül kimi tanıyır



– O vaxtkı aktyorluq ruhu vardı ey, indi o, nə qədər qalıb?



Əbdül Mahmudbəyov: – Bu gün incəsənət adlı institut var. 50 faiz onun günahıdırsa, 50 faiz bugünkü təhsil sisteminin günahıdır. Həm seçim düz deyil, həm də tədris düz qurulmayıb. Həm də İncəsənət Universiteti olub kütləvi. Bazardır məyər? Mən müraciət etmişdim vəzifəli, imkanlı iş adamlarına ki, sizə qurban olum, xahiş edirəm, əgər sizdə milli ruh, vətən eşqi varsa, siz Allah, aşnalarınız var ey, onlar üçün dublyonka, maşın, ev, mobil telefon, bağ alın, amma maya qoyub onları televiziyaya çıxardıb oxuyan, çalan, oynayan sənətkar etməyin. Amma yenə də edirlər... Mənəviyyat olmayan yerdə maddiyyat heç nə həll etmir. Uzaqbaşı harınlıqdan gedib başına güllə vurursan, ya da 19 yaşlı uşağının cibinə bir paçka dollar qoyub, göndərirsən Həccə. Mən şahidi olmuşam, mənimlə gediblər. Vəzifə adamları, böyük milyonçular artıq uşağını idarə edə bilmir, son çarə kimi uşağını Həcc ziyarətinə göndərir ki, bəlkə orada düzəldi. Qayıdanda mən dedim ki, ay qardaş, uşağı özünüz tərbiyə edin də. Həcc adamı tərbiyə edəndir məyəm? İkincisi də ki, əgər sən onu ziyarətə göndərirsənsə, onun cibinə paçka ilə dollar niyə yığmısan? Elə dollar yıxıb da onun burada evini. Buna gedirik də biz...



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG