Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:48

D.Şostokoviçin 100 illiyilə bağlı beynəlxalq festival başlayır


Səs: Real audio
Mstislav Rastropoviç ötən gecə Bakıya gəlib Azərbaycanda «Rusiya ili» çərçivəsində bəstəkar Dmitri Şostokoviçin 100 illiyi münasibətilə beynəlxalq festival keçiriləcək. Tədbir fevralın 20-də M.Maqomayev adına Dövlət Filarmoniyasında açılacaq və fevralın 26-dək davam edəcək. Festival çərçivəsində elmi konrfans və konsertlər keçiriləcək.



Festivalın prezidenti Mstislav Rastropoviç ötən gecə Bakıya gəlib. «Çox xoşbəxtəm ki, yenidən sevimli Bakıdayam. Ən çox şəhər əhalisi üçün darıxmışam. Şadam ki, 20-ci əsrin dahi bəstəkarı Dmitri Şostokoviçin 100 illiyinə həsr edilmiş festivalı Bakıda keçirəcəyik. Fikirləşirəm ki, tədbir yüksək səviyyədə keçəcək» - deyə, o, bildirib.



Tədbirdə Rusiya Dövlət Simfonik Orkestri də çıxış edəcək.
XS
SM
MD
LG