Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:32
Rubrikalar

Mədəniyyətlərin savaşı


Səs: Real audio
Rusiya nümayəndə heyətinə 500 nəfər daxildir Bu "İz"də:



- «Din və mədəniyyət» mövzusunun izinə düşəcək;



- «Nur xəzinəsi» sərgisindən xəbər tutacaq;



- «Kültür sözlüyü»ndə «diskriminasiya» sözünün mənasını yada salacaq;



- və hər dəfə mədəniyyətşünas alim Niyazi Mehdinin açıqlamalarını eşidəcəksiniz



DİN VƏ MƏDƏNİYYƏT



Mövzuya tanınmış mədəniyyətşünas-alim Niyazi Mehdi bələdçilik edəcək



Karikatura qalmaqalı səngimir. Bir Danimarka qəzetinin müsəlmanların dini heysiyyətinə toxunan karikaturalar dərc etməsiylə başlanan qalmaqal mədəniyyətlərin savaşına çevrilə bilər. Etiraz formaları küçə yürüş və mitinqlərindən sonra artıq mahnılarda da əksini tapıb. Tanınmış Misir müğənnisi Şaaban Abdel Rahim öz yeni mahnısını «Səbrimizin sonu çatdı» adlandırıb.



- Son həftələr gündəmdən düşməyən karikaturalar məsələsinə çağdaş mədəni dəyərlər prizmasından baxmağa çalışaq. Niyazi bəy, artıq karikatura qalmaqalını «mədəniyyətlərin savaşı» da adlandıranlar var. Bu dəyərləndirmə nə dərəcədə həqiqətə uyğundur?



Niyazi Mehdi: - Həqiqətə tam uyğundur... Düzü, mən belə karikaturaların tərəfdarı olmasam da, hesab edirəm ki, söz azadlığı baxımından bunu başa düşmək olar. O mənada yox ki, reaksiya verməmək. Müsəlmanların haqları var ki, mitinq, hətta boykot etsinlər. Amma demokratiyanın tələbləri baxımından, haqları yoxdur ki, dağıtsınlar və nifrətlərini fiziki nifrətə çevirsinlər. O biri tərəfdən, ciddi məsələlərdən biri də budur ki, söz azadlığı çərçivəsində məsuliyyət məsələsi öz aktuallığını saxlasın. Hərçənd bu məsuliyyəti hesab edirəm ki, qanuna çevirmək olmaz... Yəni söz azadlığına xoş məramla qoyulan cızıqlar da sonradan pis nəticələr verir. Mən inanmıram ki, Avropa mədəniyyətində bu məsələ keçsin. Avropada o karikaturaların çap edilməsi onunla bağlı deyil ki, onların hamısının İslama münasibəti eyni cürdür. Onunla bağlıdır ki, onlar söz azadlığının üstündə çox əsirlər, çünki söz azadlığı ən azından onlar üçün pul deməkdir. Əgər söz azadlığı azdırsa, cızığa salınıbsa, deməli, qəzetin də oxucunu maraqlandırmaq imkanları cızığa salınıbdır...



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG