Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:35

«Bakının dərdi var, Bakı xəstədir»


Səs: Real audio
Hökumət vəsait üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparır Səməd Vurğunun bu misrası indi paytaxt Bakının düşdüyü duruma daha çox uyğundur



Bu yaxınlarda Bakıda belə bir hadisə olmuşdu: Biri maşınını həyətdə saxlayırmış, bir müddət maşın sürməyib, bir də gözünü açıb ki, həyətinin yanında tikilən bina yolu bağlayıb, indi maşını çıxarda bilmir.



Bu, Bakıda binaların necə sürətlə tikildiyini, tikiləndə də heç kimə, hətta qonşuya da məhəl qoyulmadığını göstərir. Və məhəl qoymağı tələb edən də yoxdur. Halbuki məsələn, Çexiyada bina tikən əvvəla nə tikdiyini elan etməli, ikincisi, yaxın ətrafdakıların narazılığı varsa, bunu yoluna qoymalıdır.



Son 5 ildə Bakıda hər 4 günə bir çoxmərtəbəli yeni bina düşür. Hər gün şəhərə 12 yeni avtomobil çıxır. Deyirlər ki, bu, iqtisadi inkişafın göstəricisidir.



Ola bilər, ancaq sual odur ki, Bakının su, işıq sisteminin, Bakı küçələrinin buna gücü çatırmı? Bakıda boş yer tapan kimi bina tikirlər, şəhərin baş planı yoxdurmu? Bina tikəndə sement, qum standarta cavab verirmi? Bunu yoxlayan varmı? Binalar təhlükəsizdirmi? İçində yaşayana və ya yanından keçənə?



Və yəqin ki, problem varsa, həll yolu da var....



Bugünkü söhbətimizin qonaqları:



- Dövlət Tikinti və Memarlıq Komitəsində elmi və texniki normalar şöbəsinin müdiri Bayram Əliyev;



- Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, əməkdar inşaatçı Emil Axundov



- Bakıda bir sıra memarlıq layihələrini həyata keçirmiş, özü isə Amerikanın Los-Anceles şəhərindən olan memar Piruz Xanlı



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG