Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 15:42

ATƏT-in Bakı Ofisi seçki sisteminə dair seminar keçirəcək


Səs: Real audio
Fevralın 27-28-də ATƏT-in Bakı Ofisi seçki sistemi və siyasi partiyaların maliyyələşməsinə dair seminar keçirəcək Seminarda dünyada mövcud seçki sistemləri, Azərbaycanda seçki sistemi, onun mümkün qüsurları, həmçinin siyasi partiyaların maliyyələşmə məsələləri müzakirə ediləcək.



Bu barədə "Azadlıq" radiosuna ATƏT-in Bakı Ofisindən Ülvi Axundlu məlumat verib.



Seminara Prezident Aparatının nümayəndələri, parlamentdə təmsil olunan, olunmayan partiya təmsilçiləri, Milli Məclisin daimi komissiyalarının rəhbərləri dəvət olunub.



Ötən il parlament seçkilərindən əvvəl ATƏT-in Bakı Ofisi demokratik cəmiyyətdə siyasi partiyalar arasında münasibətlərə və sərbəst toplaşma azadlığına həsr olunmuş iki seminar keçirmişdi.
XS
SM
MD
LG