Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

<i>«Üç nöqtə»</i>: «Səhiyyə Nazirliyi 7-23 yaşlılar arasında peyvənd kampaniyası keçirəcək»


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirilyi «quş qripi» virsunun yayılması ehtimal olunan ərazilərin xəritəsini hazırlayır Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov «Yeni Azərbaycan» qəzetinə müsahibəsində müxalifət düşərgəsində baş verən olaylara münasibət bildirib. Partiya sədri müxalifətin son parlament seçkisində ən böyük məğlubiyyətini onların əhali ilə fəal iş apara bilməməsində görür. «Başa düşmürəm, nəyə görə müxalifət inqilab eyforiyasıyla yaşayırdı. Axı, bizə ilk növbədə azad və demokratik seçkilər lazım idi. Bax, bunun üçün çalışmalı idik» – deyən İsgəndər Həmidov bildirir ki, təmsil etdiyi partiyanın hələ ki «Azadlıq» siyasi blokuna qoşulmaq fikri yoxdur.



«Üç nöqtə» qəzeti xəbər verir ki, Səhiyyə Nazirliyi fevralın 27-dən martın 12-dək 7-23 yaşlılar arasında kəskin yoluxucu xəstəliklər - qızılça və məxmərəyə qarşı peyvənd kampaniyası keçirəcək. Bu məqsədlə 50 həkim briqadası fəaliyyətə başlayıb. Ölkənin hər yerində peyvəndlər təcrübəli tibbi heyət tərəfindən təhlükəsiz infeksiya qaydalarına ciddi əməl etməklə pulsuz aparılacaq. Nazirliyin verdiyi məlumata görə, vaksinasiya üçün lazım olan dərman preparatları artıq bölgələrə çatdırılıb.



«Bakı-Xəbər» qəzetindəki «Batuminin idarəçiliyi Azərbaycana və ya Türkiyəyə keçəcək» sərlövhəli məqalədə bildirilir ki, Gürcüstanın Batumi dəniz limanının idarə edilməsinə dair elan etdiyi tender Ermənistanın ciddi narazılığına səbəb olub. İndi Ermənistanda belə hesab olunur ki, Batumi dəniz limanının idarəçiliyini Azərbaycan və Türkiyə ələ keçirəcək. Bu isə, son nəticədə ermənilərin Azərbaycan ərazilərini işğal etdiyinə görə, üzləşdiyi blokadanı daha da dərinləşdirəcək. Artıq Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi tenderin şərtlərini elan edib. Tenderdə qalib gələn şirkət 49 il müddətinə Batumi dəniz limanının idarəçiliyini həyata keçirəcək. Bildirilir ki, limanın idarəçiliyinə gürcü şirkətləri maraq göstərsə də, onların qalib gəlmə ehtimalı çox azdır.
XS
SM
MD
LG