Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:43

Bakı buxtasında İran gəmisi yanıb<p align=`left`><br><br>


Səs: Real audio
Gəmidə olanlar xilas edilib Fevralın 14-də Bakı buxtasında İran gəmisi yanıb. «Pejvak» adlanan elmi tədqiqat gəmisi fevralın 5-11-də «Turan Nur» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Xəzər Dəniz Neft Donanması Gəmi Təmiri Zavodu ərazisində təmir edilib.



Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin İctimai Əlaqalər Mərkəzinin rəisi Ağəli İsmayılov bildirib ki, yanğından sonra gəmi ərazidən - sahildən 200 metr dənizə çəkilib və yanğın orada söndürülüb.



Yanğının söndürülməsində Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin «Vixr-9» gəmisi iştirak edib. Yanğın başlayanda gəmidə dörd nəfər olsa da, onlar dərhal xilas edilib, xəsarət alan yoxdur, tərsanədə heç bir obyektə ziyan dəyməyib.



Yanğının səbəbləri barədə hələ ki məlumat verilmir. Araşdırma gedir.
XS
SM
MD
LG