Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:11

Nəticəsiz danışıqlardan Azərbaycan qazana, yoxsa itirə bilər?


Səs: Real audio
Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentlərinin Konfransının sədri Harold Tanner isə, «Azərbaycanda etnik azlıqlar və yerli əhali sülh şəraitində yaşayır» - deyir Azərbaycan və Ermənistan prezidentlərinin Rambuye görüşü nəticəsiz qaldı. Azərbaycanda buna necə reaksiya verirlər? Rambuye danışıqlarının nəticəsiz qalmasından Azərbaycan qazana, yoxsa itirə bilər?



Azərbaycan və Ermənistan prezidentlərinin Fransa danışıqları çox yaxşı başlamışdı. Fevralın 10-da cümə günü Parisdə Yelisey Sarayında Fransa prezidenti Jak Şirak ayrı-ayrılıqda Robert Koçaryanı və İlham Əliyevi qəbul etdi. Təmtəraqlı qəbuldan sonra cənab Şirak qonaqlara öz tövsiyələrini və Paris yaxınlığındakı Rambuyedəki iqamətgahını verdi.



Fransa prezidentinin mətbuat katibi Jerom Bonnafonun sözlərinə görə, Jak Şirak Əliyev və Koçaryana açıq bildirib ki, yaranmış vəziyyət sülh üçün şans verir, razılaşmanın əsasını yaradır və beynəlxalq ictimaiyyət sazişin əldə olunmasına, onun icra edilməsinə istənilən yardımı göstərməyə hazırdır. Bir sözlə, prezidentlərə deyildi ki, gedin-razılaşın, biz sizinləyik.



Bundan sonra prezidentlər Parisin kənarındakı, Rambuye qəsrinə yollandılar. Fevralın 10-u və 11-də Əliyev və Koçaryan müxtəlif formatlarda, təkbətək, hər iki ölkənin Xarici İşlər nazirlərinin və Dağlıq Qarabağ üzrə ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yeddi saata yaxın məxfi danışıqlar apardılar. Diplomatik mənbənin verdiyi məlumata görə, cümə günü İlham Əliyev və Robert Koçaryan iki saatdan çox, şənbə günü isə, cəmi 20 dəqiqə təkbətək danışıqlar aparıblar. Görüş ətrafındakı atmosfer çox yaxşı olsa da, danışıqların özü gərgin keçib.



Şənbə günü yerli vaxtla saat 15:30-da Robert Koçaryan Rambuyeni tərk etdi. Onun arxasınca İlham Əliyev də çıxıb getdi. Danışıqlar bitəndən iki saat yarım sonra Rambuyedəki danışıqları izləyən bir neçə jurnalistin qabağına amerikalı həmsədr Stiven Mann çıxdı. Hiss olunurdu ki, bərk yorulub və onda yaxşı xəbər yoxdur.



Uzun müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər. Stiven Mann bildirdi ki, aparılan müzakirələr tərəflərin mövqelərində ciddi dəyişikliklə nəticələnməyib.



Rambuyedə danışıqlara yaxın olan yüksək vəzifəli diplomatın «Azadlıq» radiosuna verdiyi məlumata görə, prezidentlər Dağlıq Qarabağın gələcək statusu və Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundan çıxarılıb-çıxarılmayacağı məsələsində razılığa gələ bilməyiblər. Dağlıq Qarabağın gələcək statusu deyəndə əlbəttə ki, söhbət referendumdan gedir. Ermənistan tərəfi işğal altında olan Kəlbəcər rayonunu məhz regionun gələcək statusu ilə bağlı qərar çıxaracaq referendumla bağlayırlar. Azərbaycan tərəfi bu variantla razılaşmayıb.



Həmsədrlər fevralın 13-də Brüsseldə ATƏT-in hazırkı sədri Belçikanın Xarici İşlər naziri Karel de Quxta hesabat verirlər. Martın ortaları və ya axırlarında isə, onlar Vaşinqtona toplaşacaqlar, Rambuyedə baş verənləri və növbəti addımları müzakirə edəcəklər. Sual oluna bilər ki, bəs danışıqlardan qabaq verilən nikbin bəyanatlar necə olsun? Axı çoxları Rambuyedə münaqişənin nizamlanmasına dair ümümi prinsiplər barədə razılığın imzalanacağını gözləyirdilər. Hər tərəfdən ümidverici bəyanatlar gəlirdi. O cümlədən, Karl de Quxtun özündən. Diplomatlar problemin həlli üçün Rambuye danışıqlarını Ki-Uest danışıqlarından sonra Qarabağ prosesində ən ciddi cəhd kimi qiymətləndirirlər. Bu cəhdin böşa çıxması onları təbii ki məyus edib. Danışıqlar prosesinə yaxın olan diplomatik mənbənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, həmsədrlər prezidentlərin və ya Xarici İşlər nazirlərinin yeni görüşlərini planl
XS
SM
MD
LG