Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 09:16
Rubrikalar

Tikinti, ya dağıntı?


Səs: Real audio
Artur Lenk «Gələcək nəsil bir-birini başa düşəcək, dözümlü olacaq, sivilizasiyaların qarşıdurmasıyla bağlı istənilən məsələni rədd edəcək» - deyir Bu "İz"də:



- "Memarlıq və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Müğənni Anatollu Qəniyevi xatırlayacaq;



- Le Karbuzyenin «İşıqlar şəhəri»ni yada salacaq;



- Mirzə Cəlilin «Sürmə» atmacasını eşidəcək;



- və hər dəfə los-ancelesli memar Firuz Xanlının açıqlamalarını eşidəcəksiniz



TİKİNTİ, YA DAĞINTI?



Bələdçimiz Bakıda aparılan inşaat barədə «Tikinti, ya dağıntı?» məqaləsinin müəllifi, əslən Təbriz azərbaycanlısı, los-ancelesli memar Firuz Xanlıdır



Aparıcı: - Firuz bəy, Bakıda aparılan geniş inşaat işlərinin şəhər həyatı və mədəniyyət baxımından törətdiyi hansı təhlükə Sizi daha çox narahat edir? Bakı sakinlərinin «xoşbəxtlik» və «gözəllik» təsəvvürləri yeni binalardan necə görünür?



Firuz Xanlı: - Son 10, xüsusilə son 5 ildə məncə, Bakıda yaxşı işlər getmir. Tikintinin özü inkişafdır, yaxşıdır. Amma onun çərçivələri var, o, nəzarətdən çıxsa, çox təhlükəli ola bilər... Gözəllik nöqteyi-nəzərindən Bakı çox unikal şəhərdir... Siz özünüz bilirsiniz ki, 19-cu əsrin axırında – 1880-ci ildən 1920-ci ilədək burada çox maraqlı, gözəl inkişaf gedib. O zamanın varlı insanları bilirdilər ki, nəyi bilmirlər. Və o zaman Avropanın ən yaxşı memarlarını İtaliyadan, Polşadan, Mərkəzi Avropadan gətirib, Bakını kiçik bir qəsəbədən böyük, gözəl şəhərə çevirdilər. O zaman neft "bumu" bir şans idi və ondan yaxşı istifadə etdilər...



Bu şəhərin artıq özünün memarlıq ənənələri var. Amma təəssüf ki, yeni binalarda bu məsələlər nəzərə alınmayıb. Mən demək istəmirəm ki, gərək binalar keçmişə oxşasın. Biz indinin paltarını geyirik, yüz il bundan əvvəlin paltarını geysək, gülməli çıxar. Odur ki, indinin də özünə görə estetikliyi, gözəlliyi, tələbləri vardır.



Biri var individual bina, biri də var şəhərsalma planı. Heç bir şəhər geniş plansız qabağa gedə bilməz. Və demək olar ki, 15-20 ildir baş plan bu şəhərdə tamamilə yaddan çıxıb. Bu, çox təhlükəli bir şeydir. Odur ki, məncə, indi bir anarxizm əmələ gəlib. Nə nəzarət var, nə də standart...



Deyək ki, gözəllik məsələlərini qoyduq bir kənara, amma təhlükəsizlik, infrastruktur məsələləri də var. Bakı seysmik zonadadır, burada zəlzələ problemi vardır. Siz gördünüz, mən Sizə BMT-nin yeni xəritəsini göstərdim. Dünyada ən təhlükəli məntəqə Qafqaz, İran, Türkiyədir. Və əgər inşaat standartları olmasa, bunun nəticəsi çox pis ola bilər. Allah eləməsin ki, belə olsun, amma bizim inşallahla bu məsələ qabağa getməyəcək...



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG