Səs: Real audio
Abşeron yarımadasındakı şəxsi təsərrüfatlarda istehsal edilən ət məhsulları, xüsusilə quş əti, tükü və yumurtasının Azərbaycanın başqa rayonlarına aparılmasına qadağa qoyula bilər Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov «Azadlıq» radiosuna deyib ki, bu qərara beynəlxalq ekspertlərlə müzakirələrdən sonra gəliblər. O deyir ki, bununla bağlı hökumətə müraciət edəcəklər.
Fabrik quşlarına gəlincə, Emin Şahbazovun sözlərinə görə, Bakıda quşçuluq fabrikləri tam qapalı şəraitdə işlədiklərindən, onların məhsullarının şəhərdən çıxarılıb-çıxarılmaması məsələsi hələlik açıq qalır: "Fabriklərdə quşların hamısı sağlamdır... Amma biz bunu beynəlxalq ekspertlərlə məsləhətləşəcəyik".
Emin Şahbazov deyir ki, hələlik Abşeronda karantin elan edilməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, «quş qripi» ancaq çöl quşlarında tapılıb, onlara isə nəzarət etmək mümkün olmur. Bu virus ev quşlarında aşkar olunsa, həmin ərazidə karantin elan ediləcək. Emin Şahbazov əhaliyə məsləhət görür ki, ev quşlarını ya qapalı yerdə saxlasın, ya da ümumiyyətlə, saxlamasın.