Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 10:18

«Azadlıq» seçki bloku ləğv edilib


Səs: Real audio
Fevralın 10-da «Azadlıq» seçki bloku kimi ləğv edilib. Bundan sonra «Azadlıq» siyasi blok kimi fəaliyyət göstərəcək Bu qərarı bloka daxil olan Xalq Cəbhəsi və Demokrat partiyalarının sədrləri Milli İstiqlal partiyasının sədri və Milli Birlik Hərəkatının lideri ilə birlikdə keçirdikləri görüşdə veriblər.



Məlumatı Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Mustafayev verib. Onun sözlərinə görə, yeni yaradılmış «Azadlıq» siyasi blokuna Xalq Cəbhəsi, Demokrat və Milli İstiqlal partiyaları, bir də Milli Birlik Hərəkatı daxildir.



«Azadlıq» bloku 6 noyabr seçkilərində birlikdə iştirak etmək üçün Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyaları tərəfindən yaradılmışdı. Fevralın 9-da Müsavat partiyası blokdan çıxmaq barədə qərar verib.
XS
SM
MD
LG