Səs: Real audio
Fevralın 10-da Rambuedə, Fransa prezidentinin iqamətgahında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bağlı qapılar arxasında keçirilən danışıqlar fevralın 11-də davam etdiriləcək - Büdcə gəlirlərinin şəffaf xərclənməsi məqsədilə prezident İlham Əliyevin fərman imzalayacağı gözlənilir. Fevralın 10-da keçirdiyi mətbuat konfransında maliyyə naziri Əvəz Ələkbərov deyib ki, büdcə vəsaitlərinə nəzarəti gücləndirmək üçün ayrıca bir proqram da hazırlanır. Yeni sənədlər qüvvəyə minəndən sonra Azərbaycanın rayonlarında xüsusi idarələr yaradılacaq. Bu idarələr büdcə vəsaitlərinin hara və necə sərf edilməsinə nəzarət edəcəklər.
Əvəz Ələkbərov deyir ki, gələn ilin büdcə layihəsinin müzakirəsi QHT-lərlə birlikdə aparılacaq. Büdcə layihəsi parlamentə təqdim edilməmişdən əvvəl əhalinin müzakirəsinə çıxarılacaq, layihə qəzetlərdə dərc ediləcək. İlkin proqnozlara görə, gələn ilin dövlət büdcəsinin gəlirləri indikindən təqribən 50 faiz çox olacaq.
- Fevralın 10-da bp şirkətinin sifarişçilərindən biri – "Riqblast" şirkətinin 80-ə yaxın fəhləsi işi 5 saatlıq dayandırıblar. Onlar əmək haqlarının az olmasına etiraz ediblər. Məlumatı «Azadlıq» radiosuna «Riqblast»ın işçilərdən biri – Nizam Şükürov verib. Onun sözlərinə görə, rəhbərlik onlara əmək haqlarının artırılması barədə verdiyi vədinə əməl etməsə, işi yenə dayandıracaqlar.
"bp" şirkəti bütün podratçı şirkətlərdə çalışan fəhlələrin maaşlarını ötən ilin dekabrın 1-də 20 faiz artıracağını vəd etmişdi.
- Dünya Bankının Bakıdakı missiyası öz işini başa çatdırıb. Bu ay bankın Direktorlar Şurası Azərbaycana 4 illik yardım strategiyasını təsdiqləyəcəklər. Bankın Azərbaycana 1 milyard 200 milyon dollar vəsait ayırması nəzərdə tutulur. Bu vəsait əsasən səhiyyə, təhsil və kommunal xidmət layihələrinə yönəldiləcək. Əvvəlki illərdən fərqli olaraq, bu il güzəştli kreditlərin sayının az olacağı gözlənilir.