Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:10

Avropaya İnteqrasiya üzrə Milli Komitə yaradıldı


Səs: Real audio
Azərbaycanın Avropaya inteqrasiya prosesi üzərində ictimai nəzarət məqsədilə İctimai Milli Komitənin yaradılması haqqında Memorandum imzalanıb Memorandumu politoloqlardan Rasim Musabəyov, İlqar Məmmədov, Leyla Əliyeva, Azərbaycan Naminə Forumun prezidenti Eldar Namazov, "Gün Səhər" qəzetinin baş redaktoru Arif Əliyev, Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov imzalayıblar.



Politoloq Leyla Əliyeva deyir ki, hökumət Avropaya inteqrasiya prosesinin getdiyini desə də, əslində bu yöndə heç bir iş aparılmır.



Avropaya İnteqrasiya üzrə İctimai Milli Komitənin məqsədlərindən biri ictimaiyyətin bu proses barədə məlumatlandırılmasıdır.



Ötən il prezident İlham Əliyevin sərəncamıyla Avropaya inteqrasiya məsələləri üzrə xüsusi qurum yaradılmışdı.
XS
SM
MD
LG