Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:32

Kondoliza Rays İlham Əliyevlə Dağlıq Qarabağ barədə danışıb


Səs: Real audio
Azərbaycandakı bütün diplomatik nümayəndəliklərin və beynəlxalq qurumların təhlükəsizliyi gücləndirilib Fevralın 9-da ABŞ-ın Dövlət katibi Kondoliza Rays Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.



Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələri müzakirə olunub. Dövlət katibi Azərbaycanın sülhməramlı qüvvələrinin İraq, Əfqanıstan və Kosovoda iştirakını yüksək qiymətləndirib, Gürcüstanda enerji böhranı zamanı Azərbaycanın köməyini xüsusi vurğulayıb.



İlham Əliyev və Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan və Ermənistan prezidentləri arasında Fransada keçirilməsi planlaşdırılan görüşlə bağlı fikir mübadiləsi aparıblar.



Cənab Əliyev münaqişənin nizama salınması prosesində ABŞ-ın fəal iştirakına görə minnətdarlığını bildirib.



Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
XS
SM
MD
LG