Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

Nəsib Nəsibli: «Xətir üçün xəstə yatmaq olmaz»


Səs: Real audio
Semyon İxilov: «Əks halda, daha betər hadisələr baş verə bilər» «Xətir üçün xəstə yatmaq olmaz. Müsavatın vəziyyəti buna bənzəyirdi...»



«Azadlıq» blokundan millət vəkili seçilmiş, Müsavat Partiyası Divanının üzvü Nəsib Nəsibli parlamentə getmələrini belə əsaslandırmağa çalışır. O, bildirir ki, siyasi qüvvə kimi Müsavat Partiyası parlamentin tribunasından yararlanmalı, bu imkanı itirməməlidir. Bundan başqa, müxalifətdən olan deputatların parlamentə getməsi cəmiyyətdəki ümidsizliyi aradan qaldıra bilər, müxalifətin seçki komissiyalarının formalaşmasında iştirakına imkan yaradar. Nəsib Nəsibli və eləcə də digər millət vəkilləri parlamentə həm də seçicilərinin təzyiqi ilə getdiklərini bildirdilər.



Müsavat Partiyasından parlamentə dörd nəfər - Nəsib Nəsibli, Arzu Səmədbəyli, İltizam Əkbərli, İkram İsrafilov deputat seçilib. Milli Məclisin işinə qatlımaqla bağlı son qərarını yubadan partiya fevralın 5-də həm parlamentdə, həm də mayın 13-də boş qalmış on dairəyə keçiriləcək əlavə seçkidə iştirak etmək qərarına gəlib.



Partiyalar ayrı-ayrılıqda bu qərarı mənfi qiymətləndirsələr də, hələlik «Azadlıq» bloku adından rəsmi münasibət bildirilməyib. Blokun yaxın günlərdə toplanaraq öz rəiyini verəcəyi deyilir.



«Azadlıq» bloku adından seçkiyə qatılmış Pənah Hüseyn isə, son qərarını fevralın 7-də verəcəyini bildirsə də, parlamentə gedəcəyinə işarə edir.



Ötən il noyabrın 6-da keçirilən parlament sekisində «Azadlıq» blokuna daxil olan Müsavat Partiyasından dörd, AXCP-dən bir nəfər, ADP-dən mandat qazanan olmamışdı. Blokun namizədliyini irəli sürdüyü Pənah Hüseyn də mandat qazananlar sırasındadır. İndiyə qədər yalnız «Azadlıq» blokuna yaxın olan Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva deputat mandatından imtina edib. AXCP-dən olan millət vəkili Cəmil Həsnəli isə, parlamentə gedib-getməmək üçün blokun ümumi qərarını gözləyir.
XS
SM
MD
LG