Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:13

Xanlarda sakinlər etiraz edirlər


Səs: Real audio
Xanların Qızılqaya qəsəbəsinin yüzə qədər sakini fevralın 5-də etiraz aksiyası keçirərək Xanlar-Gəncə avtomobil yolunu bağladılar. Sakinlərin etirazına səbəb isə sosial problemlərdir Ötən il də belə bir aksiyaya əl atdıqlarını deyən sakinlərin sözlərinə görə, bundan sonra evlərə sayğac qoyulub. Amma camaat yenə də işıq üzü görməyib. Qəsəbənin yaxınlığından qaz kəməri keçsə də, onlara hələ də qaz çəkilməyib. Yolları isə torpaq olduğundan palçıq dizə çıxır.



400-dək ailə yaşayan qəsəbədə məktəb də yoxdur. 200-ə qədər uşaq oxumaq üçün qəsəbədən bir neçə kilometr aralıda yerləşən Gəncəyə gedib-gəlir.



Hadisə yerinə gələn Xanlar rayon İcra Hakimiyyəti başçısının müavini Xəzər Aslanovun sözlərinə görə isə, işığın fasilələrlə verilməsi barədə etirazlar əsassızdır. Cənab Aslanov bildirdi ki, qəsəbədə məktəb tikiləcək, amma indi yox.



İcra hakimiyyətinin nümayəndələri qaldırılan tələbləri araşdıracaqlarını deyirlər. Sakinlər isə bildirirlər ki, bu problemlər tezliklə həll olunmasa, onlar yenidən etirazlara əl atacaqlar.
XS
SM
MD
LG