Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Marşrutlarda gediş haqqı artacaqmı?


Səs: Real audio
«Cümə» Məscidi məsələyə Azərbaycan hökumətinin də münasibət bildirməsini vacib sayır Qanun deyir ki, dizel yanacağı iki dəfə bahalaşsa da, avtobus sürücüləri bunu əsas tutub, gediş haqqını bir qəpik də olsun qaldıra bilməzlər.



Soruşa bilərlər ki, bəs bazar iqtisadiyyatı deyil? Bazar iqtisadiyyatı olmağına, bazar iqtisadiyyatıdır, ancaq sərnişinlərin gediş haqqı hökumətin tənzimlədiyi qiymətlər siyahısındadır. Gediş qiymətini də hökumətin Tarif Şurası təyin edir.



Ona görə də sürücülər etiraza qalxanda, nəqliyyata baxanlar dedilər ki, tələsməyin, köhnə qiymətlə işləyin, biz təkliflərimizi Tarif Şurasına vermişik, Şuranı gözləyək...



Tarif Şurasından isə dedilər ki, bu qiymət məsələsinə gələn həftə baxılacaq və Tarif Şurası qiymət artımı üçün gətirilən arqumentləri tutarlı hesab etmir.



Suallar isə qalır. Gediş qiyməti artmasa, sürücülərə yanacağın bahalaşmağının vurduğu ziyan kompensasiya olunacaqmı? Ya hökumətin dediyi kimi, doğrudan da burada elə bir ziyan yoxdur? İndi sürücülər neyləyəcək və ya neyləyə bilər? Və bütün bunlardan sərnişinə ziyan dəyə bilərmi?



Söhbətimizin qonaqları:



- Millət vəkili Əli Məsimov;



- Nəqliyyatçıların Müstəqil Həmkarlar Təşkilatının sədri Səyavuş İsmayılov;



- Nəqliyyat Nazirliyində katibliyin müdiri Namiq Həsənov



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG